Bank Of Baku

Röya Sankt-Peterburqda konsert verəcək

Röya Sankt-Peterburqda konsert verəcək
# 19 fevral 2009 07:32 (UTC +04:00)
Sankt-Peterburq. M. Həsənov – APA. Fevralın 24-də Sankt-Peterburq şəhərinin Lensovet adına Mədəniyyət Sarayında Röya Ayxanın konserti olacaq. APA-nın Sankt-Peterburqdakı müxbirinin verdiyi məlumata görə, konsertin təşkilatçısı Sankt-Peterburq İncəsənət və Mədəniyyət Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı, rəqqasə Səbinə İsmayılovadır. O, şəhərdə yaşayan soydaşlarımız arasında biletlərin uğurla satıldığını bildirib. S. İsmayılova deyib ki, soydaşlarımızın arzusu ilə reallaşan konsertdə müğənni estrada və xalq mahnıları ifa edəcək. Konsertdə opera müğənnisi Sədi Sədiyev və skripka ustası Aydının da çıxışı gözlənilir.

Qeyd edək ki, Lensovet adına Mədəniyyət sarayı 2200 nəfər tamaşaçı tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR