Bank Of Baku

Aygün Kazımova solo konsert proqramı ilə çıxış edəcək

Aygün Kazımova solo konsert proqramı ilə çıxış edəcək
# 20 fevral 2009 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Aygün Kazımova may ayında solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə APA-ya məlumat verən sənətçinin köməkçisi Ülvi Hadıyev deyib ki, hələlik konsertin tarixi dəqiqləşməyib. Onun sözlərinə görə, A. Kazımova tam yeni imiclə tamaşaçıların görüşünə gələcək: “O, əsasən konsert öncəsi işıq üzü görəcək yeni albomundakı mahnılara yer ayıracaq”. Ü. Hadıyev solo konsertdə xaricdən gətiriləcək texnika və işıq avadanlığından istifadə olunacağını bildirib: “İndiyə qədər yerli sənətçilərdən heç kim bu cür avadanlıqlardan istifadə etməyib. Bu yenilik ilk dəfə Aygün xanımın konsertində olacaq. Çox güman ki, Aygün Kazımova bir günlük solo konsertlə çıxış edəcək. Sənətçi hesab edir ki, 10 gün konsert verib təkrarlarla yaddaşlara həkk olunmamaqdansa, bir günlük çox yüksək səviyyəli konsert təşkil edib, ömürlük tamaşaçıların ürəyini fəth etmək lazımdır”.

Ü. Hadıyev A. Kazımova ilə meyxana ustası Namiq Qaraçüxurlunun Dubaya nəzərdə tutulan səfərinin vaxtının müəyyənləşdiyini də açıqlayıb. A. Kazımova və N. Qaraçuxurlu martın 1-də Dubaya yola düşəcəklər. Beş gün davam edəcək səfərdə məqsəd Aygün Kazımovanın dostu, iş adamı Fadal Bazinin təklifi ilə “Yağ kimi” proqramının çəkilişini gerçəkləşdirməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR