Bank Of Baku

Sibel Canın Bakı konsertinin biletləri 40-200 manat arasındadır

Sibel Canın Bakı konsertinin biletləri 40-200 manat arasındadır
# 20 fevral 2009 10:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 8 Mart Beynəlxalq Qadınlar Günündə Bakıda Heydər Əliyev Sarayında xüsusi proqramla çıxış edəcək türkiyəli sənətçi Sibel Canın konsertinin biletləri satışa çıxarılıb. Konsertin təşkilatçısı “Səs Organization”un mətbuat xidmətindən APA-ya bildirilib ki, biletlərin qiyməti 40-200 manat arasındadır.
Sibel Can Bakıya 32 nəfərlik heyətlə gələcək. Sənətçinin şəxsi musiqiçiləri də konsertdə onunla birgə səhnədə olacaqlar. Konsertdən bir gün əvvəl martın 7-də paytaxtımıza gələcək xanım sənətçi, konsertin səhəri günü Türkiyəyə qayıdacaq. Sibel Canın konsert çərçivəsində Azərbaycan xanımlarına xüsusi sürprizlər edəcəyi də gözlənilir.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR