Bank Of Baku

Gürcüstanı “Eurovision-2009”da təmsil edəcək qrup mahnısının sözlərini dəyişdirəcək

Gürcüstanı “Eurovision-2009”da təmsil edəcək qrup mahnısının sözlərini dəyişdirəcək
# 20 fevral 2009 12:24 (UTC +04:00)
Tiflis – APA. Gürcüstanı “Eurovision-2009” musiqi yarışmasında təmsil edəcək “Stefane və 3G” qrupu Moskvada ifa etməyə hazırlaşdığı “We don’t wanna put in” adlı mahnının mətnini dəyişdirəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu ötən il keçirilmiş “Eurovision”da Gürcüstanı təmsil etmiş rusiyalı müğənni Diana Qurtskaya deyib. O, Gürcüstanda keçirilən milli seçim turunda iştirak etdiyini və seçimdən sonra mahnının sözlərinin dəyişdirilməsinə nail olmaq üçün Tiflisdə qaldığını bildirib. Təşkilatçılar D. Qurtskayanı əmin ediblər ki, mətn dəyişdiriləcək. Müğənni mahnının sözlərinin Gürcüstan cəmiyyətində də tənqid olunduğunu söyləyib. Məsələn, keçmiş parlament sədri Nino Burcanadze sözlərə etirazını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR