Bank Of Baku

Azərbaycan müğənnisinin Rusiyanın tanınmış prodüseri ilə işbirliyi pozulub

Azərbaycan müğənnisinin Rusiyanın tanınmış prodüseri ilə işbirliyi pozulub
# 20 fevral 2009 12:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Müğənni Natəvan Həbibinin rusiyalı prodüser Maks Fadeyevlə uzun müddətdir haqqında danışılan işbirliyi pozulub. APA-nın məlumatına görə, işbirliyinin pozulmasına müğənninin prodüserinin şərtlərinə əməl etməməsi səbəb olub. Tanınmış prodüser N. Həbibinin dəfələrlə müxtəlif televiziya ekranlarında bu işbirliyi haqqında danışmasından sonra belə qərar verib. Əməkdaşlıq çərçivəsində Natəvan Həbibinin ifa edəcəyi mahnı da əlindən alınıb.

N. Həbibinin köməkçisi Zöhrab Ağayev isə APA-ya məlumatı təsdiqləməyib. İşbirliyinin davam etdiyini deyən Z. Ağayev sözügedən mahnının lentə alınması üçün sənətçinin yaxın günlərdə Moskvaya səfər edəcəyini bildirib.

Qeyd edək ki, M. Fadeyev “Qlükoza”, “Serebro” qruplarını, Katya Lel, Ninda və digər populyar müğənniləri şou-biznesə gətirib. Tanınmış prdüser eyni zamanda “Fabrika Zvoyzd” layihələrindən birinin rəhbəri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR