Bank Of Baku

Abbas Bağırov toylarda sənət baxımından inkişaf olmadığını düşünür

Abbas Bağırov toylarda sənət baxımından inkişaf olmadığını düşünür
# 20 fevral 2009 15:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Müğənni Abbas Bağırov daha toylarda oxumayacaq. APA-nın məlumatına görə, sənətçi bildirib ki, toylarda sənət baxımından heç bir inkişaf olmadığından bu qərara gəlib. O, toylara sərf etdiyi vaxtı daha səviyyəli layihələrə ayırmağı məqsədəuyğun hesab etdiyini söyləyib: “Bu gün yalnız Bakının bəzi kəndlərində keçirilən toylarda əsl musiqiyə qulaq asmaq mümkündür. Şadlıq saraylarının sayı çoxaldıqca isə müğənnilər də göbələk kimi artmağa başlayıblar. Musiqiləri də kim necə gəldi ifa edir. Ancaq başa düşmürlər ki, müğənni istədiyi mahnını ifa edə bilməz. Hər müğənniyə yaraşan mahnılar var, düzgün seçim etmək lazımdır. Maykl Ceksonun, Selin Dionun mahnısını oxumaq mənə yaraşar? Əlbəttə ki, yox. Ancaq Rəşid Behbudovun mahnısını oxusam, yaraşar”.

Gündəmə gəlmək üçün reklama ehtiyac duymadığını qeyd edən müğənni televiziyada görünməyin də ürəyincə olmadığını vurğulayıb: “Mən daha çox öz sənətimlə məşğul olmağı sevirəm, nəinki başqaları kimi efirlərdə görünməyi...”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR