Bank Of Baku

Dəniz Səki yenidən həbs edilib

Dəniz Səki yenidən həbs edilib
# 24 fevral 2009 07:54 (UTC +04:00)
İstanbul – APA. Fevralın 13-də jandarmanın keçirdiyi kokain əməliyyatında 18 nəfərlə birlikdə saxlanılan və bir neçə gün sonra buraxılan məşhur sənətçi Dəniz Səki yenidən həbs edilib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən yaydığı məlumata görə, prokuror növbətçi məhkəmənin D. Səkinin sərbəst buraxılması barədə qərarından protest verdikdən sonra müğənni fevralın 23-də axşam jandarma məntəqəsinə aparılıb. Onun haqqında həbs-qətimkan tədbiri seçiləcək.

Qeyd edək ki, D. Səki məhkəmədə verdiyi ifadəsində narkotik maddədən istifadə etdiyini boynuna alsa da, kokainin satışı və yayılmasında iştirakı olmadığını bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR