Bank Of Baku

Faiq Ağayev: “Özümü “Eurovision” müsabiqəsində görmürəm”

Faiq Ağayev: “Özümü “Eurovision” müsabiqəsində görmürəm”
# 24 fevral 2009 15:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycan xalq artisti Faiq Ağayev özünü “Eurovision” mahnı müsabiqəsində iştirakçı kimi görmür. APA-nın məlumatına görə, bunu sənətçi jurnalistlərin suallarını cavablandırərkən deyib: “Hər halda mən özümü bu müsabiqədə iştirakçı kimi görmürəm. Əgər komandaya cəlb olunsaydım, böyük məmnuniyyətlə həmin komandada iştirak edərdim”. Xalq artisti “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadənin ifasını bəyəndiyini də vurğulayıb: “Aysel Teymurzadəyə inanıram, çünki ifasını bəyəndim. “Yeni Ulduz” yarışmasının münsiflər heyətinin üzvü olanda onu seyr etmişdim. O ki, qaldı bu müsabiqəyə Azərbaycan təmsilçisi olaraq Araşın cəlb olunmasına, bu, peşəkarların seçimidir. Ümidvaram ki, Araşın mahnısına edilən seçim düşünülmüş bir addımdır”.

Faiq Ağayev hələlik Araşın bəstələdiyi musiqini dinləmədiyini bildirib: “Araşın mahnısını dinləməmişəm. Yanılmıramsa, həmin mahnı artıq Moldovada səsləndirilib və internetdə yerləşdirilib. Mahnını dinləmədiyimə görə nə müsbət, nə də mənfi rəy bildirə bilmərəm. Bəstəkarlarımızın bəziləri etiraz edir, bəziləri isə yox. Eldar Mansurov söyləyir ki, “legionerin dəvət olunması arzuolunmazdır”. Cavanşir Quliyev deyir ki, “bizdə legionerlər varsa, biz bunu qəbul ediriksə, nədən olmasın?!” Bəstəkarlarımızın arasında birmənalı fikir yoxdur. Bəstəkarlarımız gözləyirlər ki, onlara təklif gəlsin. Amma onlar özləri mahnı yazmalıdır. Burada əsas faktoru unutmaq olmaz. Araş Avropada azdan-çoxdan tanınmış ifaçıdır. Bəlkə də bu seçim ona söykənir ki, Araşı tanıyanlar ən azından Azərbaycana səs verəcəklər. Emil Şahin “Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçisinin oxuması üçün təqdim etdiyi mahnını mənə vermək fikrinə düşsə, bu mahnını oxuyaram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR