Bank Of Baku

Rəqsanə üzündən əməliyyat olunacaq

Rəqsanə üzündən əməliyyat olunacaq
# 26 fevral 2009 10:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Müğənni Rəqsanə İsmayılova iki gündən sonra əməliyyat olunacaq. Sənətçinin prodüseri Rövşən Cəfərov APA-ya deyib ki, Rəqsanənin üzündə və bədəninin bəzi yerlərində estetik əməliyyat aparılacaq: “Əməliyyat martın 1-də keçiriləcək. Rəqsanə bu əməliyyatı İrandan olan cərraha həvalə edib”.

R. Cəfərovun sözlərinə görə, R. İsmayılova Bakıda Xətai Estetik Klinikasında əməliyyat olunacaq. Bakıya gələn iranlı cərraha müraciət edən sənətçi, bəzi qüsurlarından qurtulmaq istəyir.

Əməliyyatdan sonra sənətçi iki gün klinakada qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR