Bank Of Baku

Aybəniz Haşımova hərbi hissədə konsert verəcək

Aybəniz Haşımova hərbi hissədə konsert verəcək
# 27 fevral 2009 10:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova Dövlət Sərhəd Xidmətinin Zaqatalada yerləşən sərhəd dəstəsində konsert verəcək. Bu barədə APA-ya məlumat verən müğənni konsertdə rəhbərlik etdiyi “Azərbaycan” kollektivi ilə birgə çıxış edəcəyini deyib. Həmin konsertdə Azərbaycanın xalq artisti İlham Əsgərov, gənc müğənni Rövşən Əziz, “Xalq ulduzu” yarışmasının diplomantları da iştirak edəcəklər. A. Haşımova martın 2-nə və 3-nə planlaşdırılan konsertdə xüsusi hazırladığı repertuarla əsgərlər qarşısında çıxış edəcəyini söyləyib: “Andiçmə mərasimində də iştirak edəcəyəm. Vətənimizə xidmət edən oğullarımız üçün ayrıca üç saatlıq repertuar hazırlamışam. Bu repertuara əsasən vətənpərvər ruhda olan mahnıları daxil etmişəm”. Sənətçi əsgərlər qarşısında verdiyi konsertlərdən böyük zövq aldığını dilə gətirib: “Bu cür konsertlərdən sonra məndə elə təəssürat yaranır ki, elə bil on gün istirahət etmişəm. Ən gözəl konsertlərim əsgərlər qarşısında verdiyim konsertlərdir. Mən o səhnədə özümü çox xoşbəxt hiss edirəm. Ən böyük arzum isə siyasi yolla torpaqlarımızın geri alınmasıdır. Müharibə başlasa, öndə gedən insanlıardan biri mən olacağam. Torpaqlarımız alınmayana qədər mən rahat yaşaya bilmərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR