Bank Of Baku

Heydər Əliyev Sarayında Namiq Qaraçuxurlu və Baloğlan Əşrəfovun solo konsertləri olacaq

Heydər Əliyev Sarayında Namiq Qaraçuxurlu və Baloğlan Əşrəfovun solo konsertləri olacaq
# 27 fevral 2009 11:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Səs Organization”un təşkilatçılığı ilə bu ilin aprelində iki yerli sənətçinin solo konserti keçiriləcək. Bu barədə APA-ya məlumat verən “Səs Organization”un rəhbəri Nahid Emiloğlu deyib ki, konsertlərdən birincisi aprelin 16-da baş tutacaq. Həmin gün Heydər Əliyev Sarayında meyxana ustası Namiq Qaraçuxurlu solo konsert proqramı ilə çıxış edəcək. N.Emiloğlunun bildirdiyinə görə, artıq konsertin hazırlığına başlanılıb və müğənni ciddi-cəhdlə bu proqrama hazırlaşır. Aprelin 21-də isə Heydər Əliyev Sarayında Azərbaycanın əməkdar artisti Baloğlan Əşrəfov konsert verəcək. Hər iki konsert üçün xüsusi dekorasiya qurulduğunu deyən təşkilatçı, tədbirlərin yüksək səviyyədə təşkilinə zəmanət verib. Qeyd edək ki, hər iki konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR