Bank Of Baku

“Planeta Parni iz Baku” komandası Azərbaycanın rayonlarında çıxış edəcək

“Planeta Parni iz Baku” komandası Azərbaycanın rayonlarında çıxış edəcək
# 02 mart 2009 11:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Planeta Parni iz Baku” komandası ilk dəfə olaraq Azərbaycanın rayonlarında çıxış edəcək. Yeni layihə “Art Comunnity”nin rəhbəri Elman Sidqiyayevin təşkialtçılığı ilə həyata keçiriləcək. Elman Sidqiyayevin APA-ya verdiyi məlumata görə, “Planeta Parni iz Baku” komandası Sumqayıt, Gəncə, Xaçmaz, Qubada yeni şou-proqramları ilə çıxış edəcək. Layihəyə aprelin 20-də start veriləcək. On gün müddətində komanda üzvləri Azərbaycanın beş bölgəsində tamaşaçılar qarşısında maraqlı nömrələr nümayiş etdirəcəklər. Təşkilatçının bildirdiyinə görə, hazırda proqramın bilet satışı olmadan həyata keçirilməsi ilə bağlı danışıqlar aparılır: “Biz istəyirik ki, rayonlarımızda yaşayan vətəndaşlarımız da maraqlı proqramlara canlı olaraq tamaşa etsinlər. Bu proqramlara hamının gəlməsi üçün isə düşünürük ki, bielt satışı olmadan bu layihəni həyata keçirək”.
Təşkilatçı deyib ki, layihənin silsilə şəklində təşkil olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR