Azərbaycanın “Eurovision-2009” təmsilçiləri Hadisə ilə birgə konsert verə bilər
A. Kərimli Azərbaycan təmsilçilərinin “Eurovision-2009” mahnı yarışmasında ifa edəcəkləri “Always” mahnısının son variantı üzərində aparılan işlərin artıq başa çatmaq üzrə olduğunu açıqlayıb: “Bu mahnının çox qısa zamanda təqdimatı nəzərdə tutulur. Araşın Bakıya gəlməsi ilə bağlı hələ dəqiq bir məlumat yoxdur. Gəlmək vaxtı müəyyənləşən kimi təbii ki, onun səfərənini vaxtı mətbuata və ictimaiyyətə açıqlanacaq. Burada sirli heç bir şey yoxdur”. Nümayəndə heyətinin rəhbəri bildirib ki, martın 16-na kimi bu yarışmada təmsil olunacaq ölkələrin həm mahnısı, həm də ifaçısının dəqiqləşməsi mütləqdir. Ancaq təmsilçilərin kliplərinin hazır olub-olmaması o qədər də vacib şərt deyil: “Klip hazır olmaya da bilər. Əsas odur ki, martın 16-da mahnı audio formasında təqdim olunsun. Onф klip çəkilməsi məsələsi sonra da həyata keçirilə bilər. Yəni bu şərt deyil”.
Azərbaycan təmsilçilərinin ilk onluğa daxil olacağına əminliyini bildirən nümayəndə heyətinin rəhbəri, bu nəticəni əldə etmək üçün Azərbaycanın çox güclü təmsilçi və mahnıya sahibləndiyini əsas gətirib: “Çünki iştirakçılarımızın özləri də, oxuma tərzləri də, mahnı da bu sözü deməyə bizə imkan verir. Hər halda ilk onluğa düşəcəyimizə əminik. Hələlik yarışmada Azərbaycanın ən güclü rəqibinin hansı ölkənin təmsilçisini olduğunu da demək çox çətindir. Ancaq martın 16-dan sonra bunu söyləmək mümkün olacaq”. Onu da deyək ki, bu il ötən ildən fərqli olaraq yarışmada təmsil olacaq ölkələrin iştirakçısının Bakıya gəlməsi nəzərdə tutulmayıb: “Eurovision-2009” yarışmasında iştirak edəcək ölkələrin təmsilçilərinin promo-tur çərçivəsində Bakıya gəlməsi nəzərdə tutulmayıb. Bununla bağlı onların sorğusu və ya arzusunu almamışıq”.
Promo-turların həyata keçirilməməsi məsələsinə gəlincə A.Kərimli bildirib ki, bu təbliğat forması artıq “Eurovision”un təcrübəsindən çıxmaq üzrədir: “Çünki promo-turların təbliğat effekti çox aşağı düşüb. Bu səbəbdən promo-turlar planlaşdırmırıq. Əsas məsələ odur ki, təbliğat tək promo-turla həyata keçirilmir. Azərbaycan təmsilçilərinin təbliğ olunması üçün biz başqa vasitələrdən istifadə edəcəyik. Bu yarışmada iştirakçı dövlətlərin xarici televiziya kanallarında ayrı-ayrı formalarda təqdimatını nəzərdə tuturuq. Bu da təbliğatın əsas formasıdır. Hətta demək olar ki, biz artıq bu təbliğat vasitələrdən istifadə etməyə başlamışıq. Bizim təmsilçilərimizin video yazıları iştirakçı dövlətlərin televiziya kanallarına təqdim olunub. Hətta xarici mətbuatda onların piar-kampaniyası gedir”. A. Kərimli “Eurovision -2009” musiqi yarışmasında Türkiyəni təmsil edəcək müğənni Hadisənin artıq bir çox ölkələrdə konsertlər verməsi ilə xal toplaması fikrini də yanlış hesab etdiyini açıqlayıb: “Promo-tur artıq köhnəlmiş bir fikirdir. O demək deyil ki, Hadisəyə xal qazandıran promo-turlarda iştirakı olacaq”. Aysel Teymurzadə və Araşın “Eurovision-2009” ifa edəcəkləri “Always” mahnısına klip çəkilişlərinə martın ortalarından başlanılacaq. A. Kərimlinin sözlərinə görə, artıq bununla bağlı ilkin hazırlıq işlərinə start verilib.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq