Bank Of Baku

“Eurovision-2009”a qatılacaq nümayəndə heyətləri və iştirakçılar üçün sərhəd-keçid və gömrük qaydaları sadələşdirilib

“Eurovision-2009”a qatılacaq nümayəndə heyətləri və iştirakçılar üçün sərhəd-keçid və gömrük qaydaları sadələşdirilib
# 03 mart 2009 08:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın baş naziri Vladimir Putin bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı yarışmasına qatılacaq rəsmi nümayəndə heyətləri və iştirakçıların sərhəddən növbədənkənar keçmələri üçün sərəncam imzalayıb. APA-nın Rusiyanın baş nazirinin saytına istinadən yaydığı xəbərə görə, bu sərəncamda Federal Təhlükəsizlik Xidməti və Federal Gömrük Xidmətinə müsabiqə iştirakçılarının gömrükdən keçməsi prosedurunun sadələşdirilməsi tapşırılıb. Sərəncamda həmçinin müsabiqə üçün gətirilmiş texniki avadanlıqların gömrük nəzarəti və qeydiyyatdan növbədənkənar, eyni zamanda gömrük rüsumu tutulmadan keçirilməsi öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR