Bank Of Baku

Sibel Can Azərbaycan qadınları üçün sürpriz hazırlayıb

Sibel Can Azərbaycan qadınları üçün sürpriz hazırlayıb
# 06 mart 2009 10:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyəli sənətçi Sibel Can Beynəlxalq Qadınlar Gününü Azərbaycanda qeyd edəcək. Həmin gün sənətçi Heydər Əliyev Sarayında bakılı pərəstişkarların qarşısında konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı, “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya verdiyi məlumatında deyib ki, sənətçi konsert günü Bakıya gələcək. Martın 8-də səhər saatlarında Bakıya gələcək Sibel Can, həmin axşam hazırladığı bayram konserti ilə səhnəyə çıxacaq. N. Emiloğlu bildirib ki, sənətçi konsertdə iştirak edən xanım tamaşaçılara xüsusi sürprizini hədiyyə edəcək. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR