Bank Of Baku

Brilliant Dadaşova: “8 martda heç kimdən hədiyyə gözləmirəm”

Brilliant Dadaşova: “8 martda heç kimdən hədiyyə gözləmirəm”
# 06 mart 2009 14:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Brilliant Dadaşova 8 mart – Beynəlxalq Qadınlar Günündə heç kimə hədiyyə almayacaq. Bununla bağlı APA-ya açıqlama verən Brilliant Dadaşova deyib ki, o bu bayramda da heç kimdən hədiyyə gözləmir: “Bu bayramda mən heç kimə hədiyyə verməyəcəyəm və heç kimdən də hədiyyə gözləmirəm. Ancaq çox sevinirəm, yaxşı ki, bu dünyada xanımlar üçün ayrılan bir gün var. Xanımlar ana və bacıdır, xanımlar dünyaya övlad gətirir və işıq bəxş edirlər. Bu həyatda hər bir şey qadınların təfəkkürünə bağlıdır. Qadınlar dünyada əmin-amanlıq yaradır və ona görə də qadınları göz bəbəyi kimi qorumaq lazımdır”. Türkiyədən yenicə qayıdan Brilliant Dadaşova bu ölkədə baş verən bəzi nüanslara da aydınlıq gətirib: “Türkiyədə verilişdə olanda bildirdilər ki, “siz Ajda Pekana bənzəyirsiniz”. Mən də cavab verdim ki, ona heç kim bənzəyə bilməz. Sonra da bildirdim ki, mənə də heç kim bənzəyə bilməz. Axı həqiqətən də heç kim kimsə ola bilməz”. Özünə hörmət etdiyini hər bir addımı ilə sübut etdiyini deyən B. Dadaşova, ətrafındakı insanlara da hər zaman hörmətlə yanaşdığını bildirib: “Mən özüm özümü çox səviyyəli hesab edirəm. Elə buna görə də ətrafımdakı insanları da ucaltmaq istəyirəm. Hamını yaxşı təqdim etmək istəyirəm. Çünki mən özümə çox hörmət edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR