Bank Of Baku

Heydər Əliyev Sarayında verəcəyi konsertdə Sərdar Ortacı Azərbaycanın “Cəngi” rəqs qrupu müşayiət edəcək

Heydər Əliyev Sarayında verəcəyi konsertdə Sərdar Ortacı Azərbaycanın “Cəngi” rəqs qrupu müşayiət edəcək
# 11 mart 2009 11:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 28-də Heydər Əliyev Sarayında türk müğənni Sərdar Ortac yeni konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı “Səs Organization” rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, müğənni həmin gün üçün özəl proqram hazırlayır. Sərdar Ortac iki saatdan artıq azərbaycanlı pərəstişkarlarının qarşısında sevilən mahnılarını ifa edəcək. Hətta türkiyəli müğənni iki köhnə və iki yeni mahnısını Azərbaycanın “Cəngi” rəqs qrupunun müşayiəti ilə ifa edəcək: “Bu, Sərdar Ortacın Bakıda üçüncü konserti olacaq. Sənətçi bu konsertə çox ciddi hazırlaşır və konsertin uğurlu keçməsi üçün çalışır. Demək olar ki, hər gün mənə zəng edir və konsertlə bağlı fikirlərini deyir. Söhbət zamanı hər dəfə deyir ki, onun üçün Azərbaycandakı konsert hər şeydən vacibdir. O bizim tamaşaçıları çox sevdiyini bildirir”. Sərdar Ortac konsertdən bir gün əvvəl, yəni martın 27-də Bakıya gələcək və konsertin səhərisi günü Türkiyəyə qayıdacaq. Sənətçi Bakıya 34 nəfərlik nümayəndə heyəti ilə birgə gələcək. Bu nümayəndə heyətində onun musiqiçiləri, köməkçiləri, səs rejissoru, səhnə işıqçısı təmsil olunacaq. Artıq konsertin biletlərinin satışına başlandığını bildirən təşkilatçı, biletlərin qiymətinin 40-250 manat arasında olduğunu deyib. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR