Bank Of Baku

Gürcüstan “Eurovision-2009” mahnı müsabiqəsində iştirakdan imtina edib

Gürcüstan “Eurovision-2009” mahnı müsabiqəsində iştirakdan imtina edib
# 12 mart 2009 07:51 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu qərarı müsabiqənin Gürcüstan layihəsinin rəhbəri Natia Uznadze açıqlayıb. Gürcüstanın ictimai yayım üzrə direktoru Levan Kubaneişvili isə “Eurovision” müsabiqəsinin icraçı direktoru Svantes Stokseliusa bununla bağlı rəsmi məktub göndərib. Məktubda deyilir: “Gürcüstanın ictimai yayımı mahnının mətnini dəyişmək niyyətində deyil və “Eurovision” müsabiqəsində iştirakdan imtina edir. Biz sizin qərarınızla razı deyilik və bu qərarı əsassız sayırıq”. L. Kubaneişvili “Stefane və 3 G” qrupunun yarışma üçün seçdiyi “We don’t wanna put in” adlı mahnının siyasi xarakter daşımadığını vurğulayaraq ümid etdiyini bildirib ki, ev sahibi Rusiya təşkilatçılara təzyiq göstərmir.

Xatırladaq ki, Avropa Yayım İttifaqı martın 10-da Gürcüstan tərəfinə bu ölkə təmsilçisinin yarışma üçün müəyyənləşdirdiyi mahnının müsabiqənin qaydalarına uyğun olmadığı barədə xəbərdarlıq göndərib. Gürcüstana mahnının mətnini və ya iştirakçını dəyişmək, yaxud başqa mahnı təqdim etmək üçün martın 16-na qədər vaxt verilib. Ancaq N. Uznadze kollektivin mahnını mətninə dəyişiklik etmək istəmədiyini deyib.

Qeyd edək ki, “Stefane və 3 G” qrupu mayın 12-də keçiriləcək ilk yarımfinal mərhələsində iştirak etməliydi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR