Bank Of Baku

“Eurovision-2009” mahnı yarışmasının biletləri satışa çıxarılıb

“Eurovision-2009” mahnı yarışmasının biletləri satışa çıxarılıb
# 16 mart 2009 14:28 (UTC +04:00)
Moskva – APA. Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Eurovision-2009” mahnı yarışmasının biletləri satışa çıxarılıb. APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, biletlərin qiyməti 300 rubldan 30 min rubla qədərdir. Ən ucuz biletlər (300-1800 rubl) müsabiqə çərçivəsində keçiriləcək səhər və axşam konsertləri üçün olan biletlərdir. Yarımfinalı izləmək istəyənlər 800-20 min arası pul ödəməlidirlər. Final üçün ən ucuz bilet 1000 rubl, ən bahalısı isə 30 min rubldur. Yarışmanın hər mərhələsində 20 minə yaxın tamaşaçının iştirakı gözlənilir. Müsabiqə “Olimpiyskiy” idman kompleksində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR