Bank Of Baku

“Eurovision-2009” müsabiqəsinin aparıcılığı Andrey Malaxov və Alsuya həvalə olunub

“Eurovision-2009” müsabiqəsinin aparıcılığı Andrey Malaxov və Alsuya həvalə olunub
# 17 mart 2009 13:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Rusiyanın paytaxtı Moskvada şəhərində keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsinin aparıcıları müəyyənləşib. APA-nın məlumatına görə, mayın 12-si və 14-də Moskvanın “Olimpiyskiy” İdman Kompleksində keçiriləcək yarımfinal mərhələlərinin aparıcılığı Andrey Malaxov və müğənni Alsuya həvalə olunub. Mayın 16-da keçiriləcək final mərhələsinin aparıcılığını təyin etmək üçün isə Mila Yovoviçlə Rusiyanın “ORT” kanalı arasında razılıq əldə olunub. İki rus ulduzunun yarımfinalda aparıcılığı rəsmi olaraq açıqlanıb. Final gecəsini Milanın idarə edəcəyi isə hələlik rəsmi təsdiqlənməyib. Qeyd edək ki, 54-cü dəfə keçiriləcək “Eurovision-2009” müsabiqəsində Azərbaycanı Aysel Teymurzadə və Araş “Always” (“Hər zaman”) mahnısı ilə təmsil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR