Bank Of Baku

Bukmeker şirkətləri “Eurovision 2009”da Azərbaycan təmsilçilərinin qələbə şansını yüksək qiymətləndirirlər

Bukmeker şirkətləri “Eurovision 2009”da Azərbaycan təmsilçilərinin qələbə şansını yüksək qiymətləndirirlər
# 19 mart 2009 10:05 (UTC +04:00)
Müsabiqədə “Fairytale” (“Nağıl”) adlı mahnı ilə çıxış edəcək Norveç təmsilçisinin qalib gəlmə şansı 1/2 (əmsal - 3.00) olaraq qiymətləndirilib. Bu sənətçi “Eurovision-2009” müsabiqəsində qalib gələcəyi təqdirdə onun qələbəsinə pul qoyanlar 3 qat uduş əldə edə bilərlər. “Gamebookers” şirkəti də Aleksandr Ribaki qalib gəlməyə ən şanslı namizəd sayır və onun qələbəsini 3,25 əmsalla qiymətləndirib. Bu şirkətdə Norveç təmsilçisinin qələbəsinə 1 dollar pul yatıranlar Ribak qalib gələcəyi təqdirdə 3,25 dollar alacaqlar. Lakin “Uilyam Hill” və “Gamebookers” şirkətlərinin şanslı hesab etdiyi ilk üçlüyün tərkibi qismən fərqlənir. “Uilyam Hill” 42 ölkə sırasında Norveç (əmsal 3.00), Yunanıstan (6.00) və Türkiyə (əmsal 10.00) təmsilçilərinin qalib gəlmək şansının daha yüksək olduğunu düşünür. “Gamebookers”in ilk üçlüyünə isə Norveç (əmsal 3.25) Yunanıstan (əmsal 5.50) və AZƏRBAYCAN (əmsal 9.00) təmsilçiləri daxildir. Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın qalib olmaq şansını yüksək qiymətləndirən “Gamebookers” Türkiyə təmsilçisi Hadisə Açıqgözü qalib gəlməyə 4-cü şanslı namizəd sayır. Hadisənin qələbə ehtimalı bu şirkət tərəfindən 1/10 olaraq qiymətləndirilib (əmsal 10.00).

Bukmeker şirkətləri Ermənistan təmsilçilərinin “Eurovision”da qalib gəlmək şansını sıfıra yaxın hesab edirlər. “Uilyam Hill” qalib gələcək ölkələr sırasında Ermənistana 22-ci yer verib (əmsal 81.0). “Gamebookers” isə Ermənistana 35-ci sırada yer ayırıb (əmsal 126.0). Bukmekerlərin qalib gəlmək şansı tanımadığı ölkələr siyahısında Ermənistandan başqa Belçika, Almaniya, Bolqarıstan, Belarus, Hollandiya, Litva, Çexiya, Albaniya, Makedoniya, Andorra, Kipr, Latviya, Polşa, Xorvatiya və Slovakiya da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR