Bank Of Baku

Aysel və Araşın “Eurovision-2009”da ifa edəcəkləri “Always” mahnısının klipi sabah İTV-də nümayiş olunacaq

Aysel və Araşın “Eurovision-2009”da ifa edəcəkləri “Always” mahnısının klipi sabah İTV-də nümayiş olunacaq
# 19 mart 2009 10:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı yarışmasında Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın ifa edəcəyi “Always” (“Hər zaman”) mahnısına Ukraynada çəkilən klip martın 20-də nümayiş olunacaq. Bununla bağlı APA-ya açıqlama verən “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib ki, klip bu gün İctimai Televiziya və Radio Verilişləri Şirkətinə (İTV) təqdim olunacaq. Klipin elə ilk nümayişi də sabah, Novruz bayramı günündə axşam saatlarında İTV ekranında gerçəkləşəcək. Nümayəndə heyətinin rəhbəri klipin çəkilişlərinə İsveç mütəxəssislərinin cəlb olunmasında yanılmadıqlarını bildirib: “Klip çox yüksək səviyyədə və dünya standartlarına cavab verəcək formada hazırlanıb. Klipə cəlb olunan isveçli mütəxəssislər bizi hisslərimiz də heç də yanıltmadılar. Klip üzərində bir neçə gün iş aparılıb, çəkilişləri isə bir günə gerçəkləşib. Klipin nədən bəhs etdiyini hələ açıqlamaq istəmirik. Onsuz da sabah nümayiş olunacaq və tamaşaçılar bunu görəcək. Sabahdan sonra isə artıq klipin digər ölkələrin televiziya kanallarında nümayişini nəzərdə tuturuq. Artıq bir neçə ölkə ilə danışıqlar olub”. Aysel Teymurzadənin artıq Bakıda olduğunu deyən A. Kərimli, Araşın Azərbaycana səfərinin gələn həftə üçün nəzərdə tutulduğunu qeyd edib. Nümayəndə heyətinin rəhbəri açıqlamasında onu da vurğulayıb ki, Aysellə Araşın Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) konsertinin keçirilməsi planlaşdırılır: “Konsertin Dubayda keçirilməsi nəzərdə tutulur. Bu konsertdə Aysellə Araş “Always” mahnısını da ifa edəcəklər. Eyni zamanda onlar xüsusi olaraq bu konsert üçün hazırladıqları yeni mahnıları təqdim edəcəklər”. A. Kərimli onu da deyib ki, “Eurovision-2009” müsabiqəsində təmsilçilərimizin səhnədə istifadə edəcəkləri geyim artıq tamamlanmaq üzrədir. O, müsabiqədə təmsilçilərimizlə bərabər səhnəyə rəqs qrupunun da çıxacağını açıqlayıb. A. Kərimli deyib ki, martın 16-da Moskvada baş tutan müsabiqənin iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin görüşündə 42 ölkənin müsabiqədə iştirakı təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR