Bank Of Baku

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortac sabah Bakıya gələcək

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortac sabah Bakıya gələcək
# 26 mart 2009 07:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış sənətçisi Sərdar Ortac sabah Bakıya gələcək. Bu barədə APA-ya konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu bildirib. Onun sözlərinə görə, müğənni martın 27-də saat 23:10-da Bakıda olacaq. Türkiyəli müğənninin Bakıya səfərinin məqsədi martın 28-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməkdir. Təşkilatçı deyib ki, müğənni konsertdən əvvəl bir neçə saat məşq edəcək. Sərdar Ortac iki saata yaxın azərbaycanlı pərəstişkarlarının qarşısında sevilən mahnılarını ifa edəcək. Türkiyəli müğənni iki köhnə və iki yeni mahnısını Azərbaycanın “Cəngi” rəqs qrupunun müşayiəti ilə oxuyacaq. Sənətçi Bakıya 34 nəfərlik nümayəndə heyəti ilə birgə gələcək. Nümayəndə heyətində onun musiqiçiləri, köməkçiləri, səs rejissoru, səhnə işıqçısı təmsil olunacaq. Konsertin biletlərinin qiyməti 40-250 manat arasındadır.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR