Bank Of Baku

Hadisənin “Dum tek-teK” mahnısının klipinin yenidən çəkilməsinə qərar verilib

Hadisənin “Dum tek-teK” mahnısının klipinin yenidən çəkilməsinə qərar verilib
# 26 mart 2009 09:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı yarışmasında Türkiyə təmsilçisi Hadisənin ifa edəcəyi “Dum tek-tek” mahnısına yeni klip çəkiləcək. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu mahnıya çəkilən ilk klip TRT kanalı tərəfindən bəyənilməyib. Bildirilib ki, açıq-saçıq səhnələrin yer aldığı klipin yenidən çəkilməsinə də TRT tərəfindən qərar verilib. Verilən qərarla bağlı TRT-nin rəsmi nümayəndəsi Türkiyə mətbuatına açıqlamasında bunları deyib: “Biz bu klipi beynəlxalq arenaya təqdim edəcəyik. Çəkilən ilk klipin yayımlanması mütləqdir deyə bir şey yoxdur. Əlbəttə ki, beynəlxalq arena üçün ən yaxşısını təqdim etmək lazımdır. Təkrar-təkrar çəkib arasından ən yaxşısını seçəcəyik. Lazım olsa 15-20 dəfə bu mahnıya klip çəkiləcək. Klipin yenidən çəkiləcəyi Hadisənin bütün heyətinə məlumdur. Hazırda mübahisə obyektinə çevrilən klip isə sadəcə, sınaq xarakteri daşıyırdı”.
TRT rəsmisi klip ətrafında yaranan mübahisənin Hadisənin geyimi ilə əlaqəsinin olmadığını da deyib.
Klipin rejissoru Mətin Arolat isə Hadisənin bu klipi çox bəyəndiyini qeyd edib. Rejissor yeni klipin çəkilməsinə bir lüzum olmadığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR