Bank Of Baku

Aysel Teymurzadə və Araşın ifa etdiyi “Always” mahnısına çəkilən klipin “Eurovision-2009” müsabiqəsinin digər iştirakçı ölkələrin televiziyalarında nümayişinə başlanılıb

Aysel Teymurzadə və Araşın ifa etdiyi “Always” mahnısına çəkilən klipin “Eurovision-2009” müsabiqəsinin digər iştirakçı ölkələrin televiziyalarında nümayişinə başlanılıb
# 26 mart 2009 10:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araşın ifa edəcəyi “Always” (“Hər zaman”) mahnısına çəkilən klipin artıq digər iştirakçı ölkələrin televiziya ekranlarında nümayişinə başlanılıb. Bu barədə APA-ya məlumat verən “Eurovision” yarışması üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli sözügedən klipin Ermənistandan başqa, digər 40 iştirakçı ölkəyə təqdim olunduğunu açıqlayıb. Onun sözlərinə görə, artıq Azərbaycan təmsilçilərinin klipi həmin ölkələrin televiziyalarında yayımlanır.
A. Kərimli onu da vurğulayıb ki, hazırda Aysel Teymurzadə ciddi şəkildə müsabiqəyə hazırlaşır: “Artıq Moskvanın “Eurovision” səhnəsində ifa olunacaq rəqsin hazırlıqları başa çatmaq üzrədir. Aysel həm vokal, həm də rəqs dərslərini davam etdirir. Ancaq onu deyə bilərəm ki, müsabiqə üçün hazırlanan şou və rəqs yüksək səviyyədə təqdim olunacaq”. Araşın Bakıya gəlməsi məsələsinə gəlincə isə nümayəndə heyətinin rəhbəri, səfərin dəqiq tarixinin hələ məlum olmadığını diqqətə çatdırıb.
Qeyd edək ki, “Always” mahnısının klipi Ukraynada İsveç mütəxəssisləri tərəfindən çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR