Bank Of Baku

Sərdar Ortacın martın 28-ə nəzərdə tutulan konserti bir gün sonraya keçirilib

Sərdar Ortacın martın 28-ə nəzərdə tutulan konserti bir gün sonraya keçirilib
# 27 mart 2009 22:30 (UTC +04:00)
Konsertin təşkilatçısı “Səs Organization”un mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konsertin martın 29-da keçirilməsinə müğənnini Bakıya gətirəcək təyyarə reysində problem yaranması səbəb olub.

Sərdar Ortacın Bakıya gəlişi sabah, yəni martın 28-də saat 17:00-da gerçəkləşəcək. Konsertdən bir gün əvvəl axşamçağı Bakıya gələcək müğənninin şəhər gəzintisi də nəzərdə tutulur.

Mətbuat xidmətinin məlumatına görə, konsertə bilet alan tamaşaçılar martın 29-da heç bir problemlə üzləşməyəcəklər: “Uzun müddətdir ki, Sərdar Ortac Bakı konsertinə çox ciddi hazırlaşır. Konsert mütləq martın 29-da gerçəkləşəcək. Tamaşaçılar bununla bağlı narahat olmasınlar. Bütün tamaşaçıları martın 29-da Heydər Əliyev Sarayında gözləyirik”.

Xatırladaq ki, Türkiyənin tanınmış müğənnisi Sərdar Ortac martın 28-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməli idi. Hazırlanan xüsusi konsert isə martın 29-da, elə eyni saatda təqdim olunacaq. Sərdar Ortac iki saata yaxın Bakıdakı pərəstişkarların qarşısında sevilən mahnılarını ifa edəcək. Müğənni repertuarındakı 4 mahnını Azərbaycanın “Cəngi” rəqs qrupunun müşayiəti ilə təqdim edəcək.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR