Bank Of Baku

Türkiyəli müğənni Sərdar Ortac Bakıdadır

Türkiyəli müğənni Sərdar Ortac Bakıdadır
# 29 mart 2009 11:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyəli müğənni Sərdar Ortac bu gün gecə Bakıya gəlib. APA-nın məlumatına görə, müğənni bu gün axşam Heydər Əliyev Sarayında iki saata yaxın Bakıdakı pərəstişkarların qarşısında xüsusi proqramla çıxış edəcək. Sərdar Ortac bu proqramda repertuarındakı dörd mahnını Azərbaycanın “Cəngi” rəqs qrupunun müşayiəti ilə təqdim edəcək. Xatırladaq ki, müğənninin konserti martın 28-nə təyin olunsa da, konsertdən bir gün əvvəl sənətçinin Bakıya gələcəyi təyyarə reysində problem yarandığından konsert bir gün sonraya, yəni martın 29-na keçirilib. Bu gün gecə isə Sərdar Ortac sözünə əməl edərək Bakıya təşrif buyurub və bu gün Bakıda konsert verəcək. Qeyd edək ki, “Səs Organization”un təşkilatçılığı ilə keçiriləcək konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR