Bank Of Baku

Gələn ay Bakıda Şən və Hazırcavablar Klubunun II beynəlxalq çempionatı keçiriləcək

Gələn ay Bakıda Şən və Hazırcavablar Klubunun II beynəlxalq çempionatı keçiriləcək
# 29 mart 2009 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Aprelin 24-də Bakıda “Alov kuboku” adı altında Şən və Hazırcavablar Klubunun II beynəlxalq çempionatı keçiriləcək. Çempionat Gənclər və İdman Nazirliyi ilə “Comedy.az Production”un birgə təşəbbüsü ilə keçiriləcək. “Comedy.az Production”un mətbuat katibi Eldar Hüseynzadənin APA-ya verdiyi məlumata görə, çempionatda Azərbaycanla yanaşı, Dağıstan, Gürcüstan, Qazaxıstan, Ukraynanın Şən və Hazırcavablar Klubu iştirak edəcək. Azərbaycanı bu çempionatda Bakı Musiqi Akademiyasının “Bakılı ekspromt” komandası təmsil edəcək. Bir gün davam edəcək çempionat Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutacaq.

Qeyd edək ki, ötən il keçirilən I çempionatın qalibləri Gürcüstanın “Dinamo Tiflis” və Qazaxıstanın “Ray çentr” komandaları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR