Sərdar Ortac Baloğlan Əşrəfovun əlindən öpüb - FOTOSESSİYA
Qeyd edək ki, Sərdar Ortac Bakıya özəl təyyarə ilə gəlib. Proqram boyu əsasən köhnə repertuarındakı mahnılara yer ayıran müğənni daha bir azərbaycanlı müğənni Məhəbbət Kazımovun repertuarından da mahnı ifa edib. Sənətçi, Azərbaycan estrada müğənnilərini tanıdığını bildirsə də, ürəyinə daha çox xalq mahnılarımızın, muğamlarımızın yaxın olduğunu dilə gətirib. Sərdar Ortac elə səhnədə ikən Türk xalqını Azərbaycan musiqisinin gözəlliyini dərk etməməkdə günahlandırıb: “Bizimkilər azəri mahnısı deyəndə, “Daşlı qala”nı söyləyirlər. Azərbaycan musiqisi tək “Daşlı qala”dan ibarət deyil. Sizin muğamlarınız dünyanın ən gözəl musiqi nümunəsidir”.
Konsert bir sıra maraqlı məqamları ilə də yadda qalıb. Belə ki, müğənninin Azərbaycan mahnılarına müraciət etməsi, bu mahnıları milli musiqi alətlərimiz olan tar və kamanla ifa etməsi xüsusi marağa səbəb olub. Sərdar Ortacı tarda Humay Qədimova, kamançada isə Sevinc Bağıyeva müşayiət edib. Tamaşaçılarla bolluca zarafat edən müğənni onlara yaxın olmaq üçün “Şeytan” mahnısını ifa edərkən tamaşaçıların yanına gəlib. Digər müğənnilərin konsertindən fərqli olaraq, iki saatlıq proqramda tamaşaçılar Sərdar Ortaca böyük dəstək olublar. Türkiyəli müğənni “Nar çiçəyim”, “Qara bibərim”, “Unut getsin”, “Ürəyimdən yaralı” və digər mahnılarını Bakıdakı tamaşaçılara ərməğan edib. Baloğlan Əşrəfovun “Nədəndir” mahnısını ifa etdikdən sonra onu səhnəyə dəvət edib. Onun əllərindən öpən Sərdar Ortac B. Əşrəfovdan canlı olaraq bir mahnı oxumağı rica edib. Baloğlan Əşrəfovun da ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. S. Ortac konsertində iştirak edən və bu mahnının söz müəllifi olan Əlibala Hacızadə ilə də tanış olub və onun qarşısında baş əyib. Röyanı, Elşad Xoseni tanıdığını qeyd edən müğənni, onların musiqisini tam bəyənmədiyini vurğulayıb. Konsertin sonunda meyxana ustası Namiq Qaraçüxurlunun “Papanın gül balası” meyxanasından bir parça oxumağı isə maraqla qarşılanıb. O, sonra Namiq Qaraçuxurluya salamlarını göndərməyi unutmayıb. Sərdar Ortac səhnədə bek-vokalçısı ilə gözəl rəqs nümayiş etdirib. Konsertdə maraqlı məqamlardan biri də Sərdarın truba, davul və digər musiqi alətlərində gözəl ifaçılıq qabiliyyətini nümayiş etdirməsi olub. Pərəstişkarlarından biri S. Ortaca kamança, tar və qavalın simvolu əks olunmuş suvenir hədiyyə edib. Müğənni səhnədə olarkən zarafatyana internetə də öz təşəkkürün bildirib: “İnternetin mənim Azərbaycan mahnılarını oxumağımda çox böyük rolu var. Yoxsa, mən bu cür gözəl Azərbaycan mahnılarını duymaqdan məhrum olardım”. O, proqramını “Həyəcan” mahnısı ilə bitirib. Qeyd edək ki, “Səs Organization”un təşkilatçılığı keçirilən konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq