Sərdar Ortac: “Türk dövlətlərinin vahid dövlətdə birləşməsini yəqin ki, gələcək nəsillər görəcək” - MÜSAHİBƏ - FOTOSESSİYA
- Sərdar bəy, bələdiyyə seçkilərində səs verdinizmi?
- Səs vermək hüququmdan istifadə edə bilmədim. Çünki seçkilər günü Azərbaycanda konsert verdim. Əslində konsertim 28-də keçirilməli idi və səs vermədə də iştirak etmək istəyirdim.
- Sirr deyilsə, hansı partiyanın namizədinə səs vermək niyyətində idiniz?
- Mən bunu açıqlamaq istəmirəm. Təbii ki, kimə səs verəcəyimi öncədən qərarlaşdırmışdım. Türkiyə üçün gözəl gələcək vəd edən bir partiyaya səs verərdim. Mən hər bir addımımda ilk əvvəl Vətənimi düşünürəm. Fikrimcə səs verməmişdən əvvəl hər bir seçici ilk əvvəl bunu düşünməli və qərar verməlidir.
- Dəfələrlə Sizin siyasətlə bağlı maraqlı açıqlamalarınızın şahidi olmuşuq. Siyasətlə yaxından maraqlanan şəxs kimi bu sahəyə atılmaq istəyiniz varmı?
- Bu sualınıza tam səmimi olaraq belə cavab verərdim. Siyasət məni çox qorxudur, özüm də siyasətdən çox qorxuram. Əgər qorxmasam, siyasətə gedəcəyəm.
- Sizi qorxudan nədir?
- Siyasətdə dava-dalaş, gurultu, qısqanclıq var. Yəni ölkəm, torpağım üçün ən yaxşısını etmək istəyirəm, amma siyasət çox çətindir. Siyasət sənətçiyə uyğun sahə deyil. Mən Azərbaycan üçün, bu torpaq üçün ölərəm. Buranı O qədər sevirəm ki. Amma könlüm çox istəyər ki, bütün Türk dövlətləri tək bir dövlət olsun. Bu həm də mərhum Heydər Əliyevin istəyi idi. Bəlkə biz deyil, amma bundan sonrakı nəsillər bu arzunun gerçəkləşdiyini görəcəklər. Təki bu arzu gələcəkdə həyata keçsin.
- Azərbaycanın Dağlıq Qarabağ problemi haqqında nə bilirsiniz?
- Mən bu problemlə yaxından maraqlanıram. Türkiyədə yayımlanan Azərbaycan televiziyaları vasitəsi ilə olanlardan xəbər tuturam. Bilirəm ki, öz Vətənim hesab etdiyim Azərbaycanın 20 faizi torpağı işğal altındadır. Ancaq mən əminəm ki, bu torpaqlar gec-tez Azərbaycana qayıdacaq. Çünki bu torpaqlar Azərbaycana məxsusdur.
- Deyəsən, çox millətçi təfəkkürə malik insansınız?
- Əlbəttə millətçiyəm. Özümü başa düşəndən bəri mən millətimi, xalqımı, eləcə də bütün türk xalqlarını firavan görmək arzusunda olmuşam. Ümumiyyətlə yalan danışmağı sevmirəm və bütün fikirlərimi çəkinmədən sərt bir şəkildə bildirirəm. Mənim ürəyim Vətənimlə və millətimlə döyünür, başqa cür ola da bilməz.
- Azərbaycan telekanallarının birinə müsahibəsində “Türkiyə musiqisi beşdirsə, Azərbaycan musiqisi 15-dir” demişdiniz.
- Azərbaycan musiqisi artıq 15 deyil, 50 faizdir. Türkiyədə zənn edirlər ki, Azərbaycan musiqisi sadəcə pop musiqisidir. Azərbaycan musiqisinin özəyi muğamdır. Azərbaycanın Zeynəb Xanlarova, Könül Xasıyeva kimi muğamlar ustaları var. Azərbaycan mədəniyyəti və incəsənəti, eləcə də ədəbiyyatı mənim üçün bir nömrədir. Azərbaycanın Bəxtiyar Vahabzadə, Baba Pünhanı var. Azərbaycan musiqisi heç bir çərçivəyə sığmır. Azərbaycan musiqisi dünyanın 10 ən yaxşı musiqisindən biridir. Azərbaycan musiqinin tarı, kamanı var. Bundan daha gözəl nə ola bilər ki? Mən Türkiyədə Azərbaycan musiqisini yaxından tanımayanları bilgisizlikdə günahlandırıram. Çünki hər bir dövlətin vətəndaşı, xüsusən də sənətçisi Azərbaycan musiqisindən xəbərdar olmalıdır. Türkiyədə Azərbaycan musiqisi deyəndə ancaq “Ayrılıq”, “Sən gəlməz oldun”u deyirlər. Mən bunu deyənlərə əsəbiləşirəm. Bu qədər geniş musiqisi olan bir mədəniyyəti bilməmək həqiqətən də günahdır.
- Azərbaycan musiqisi ilə bağlı bu qədər dərin bilgilərə sahibsiniz. O zaman seçiminiz niyə “Nədəndir” mahnısı oldu?
- Ona görə ki, bu mahnını ilk dinlədiyim andan sevdim. İlk dəfə olaraq bu mahnını 2006-cı ildə internetdə eşitmişdim. Ondan sonra isə bu mahnını ifa etmək qərarına gəldim. Düzdür, icazəsini almaq üçün Baloğlan müəllimlə görüşmək istədim. O, Türkiyədə xəstəxanada yatanda yanına getdim. Ancaq mən Sərdar Ortacı xəstəxanada onun yanına buraxmadılar. Xəstəxanadan çıxandan sonra onunla görüşdüm və onu çox sevdim. Maraqlısı burasındadır ki, bizim sevgimiz qarşılıqlı imiş. Bir-birimizdən gizli bir-birimizin mahnısı ifa etmişik. Öz mahnımı onun ifasında eşitdim və çox sevdim.
- Azərbaycan klassik mahnılarından ibarət bir albom hazırlamaq istəmirsiniz ki?
- Çox gözəl ideya verdiniz. Bunu mütləq həyata keçirəcəyəm. Əslində klassik musiqisindən ibarət albom hazırlamağı düşünməsəm də, estrada mahnılarında ibarət bir albom hazırlamağı düşünürəm. Hətta bu albomda Azərbaycan müğənniləri ilə duet də ola bilər. Baloğlan Əşrəfovla, Namiq Qaraçuxurlu ilə duet oxumaq istərdim. Mənim ifamda hələ çox Azərbaycan mahnıları eşidəcəksiniz. Muğam da ifa etmək istərdim, amma düzgün oxumamaqdan qorxuram. Çünki muğam xüsusi səs tələb edir. Bəlkə də nə vaxtsa bu arzumu gerçəkləşdirəcəyəm.
- “Eurovision” müsabiqəsində Türkiyəni Hadisənin təmsil etməsini necə qiymətləndirirsiniz? Sizin bu zamana kimi “Eurovision”da iştirak etmək kimi iddianız olubmu?
- Hadisə ilə bağlı heç bir fikir söyləyə bilmərəm. Türkiyə adına isə birincilik istərdim. Ancaq mənim şəxsən özümün belə bir iddiam olmayıb. Bunun səbəbini işlərimin çoxluğu ilə də əlaqələndirə bilərəm. Bundan sonrası isə ancaq qismətə bağlı bir şeydir. Əslində bu müsabiqə üçün məndən bir bəstəkar kimi mahnı istəsələr, yazaram. Bunu eyni zamanda Azərbaycan üçün də deyirəm.
- Şəxsi həyatınızda yeniliklər var...
- Şəxsi həyatımla bağlı çox da danışmaq istəmirəm. Yenilik olduğunu bilirsiniz, sevgilimlə bərabərliyimiz hələ də davam edir. Ailə qurmaq məsələsinə gəlincə isə qəti bir söz deyə bilmərəm. İşimin çoxluğundan evlənə də bilmirəm. Bəlkə vaxt tapıb evləndim... Maşallah, sizin hər şeydən xəbəriniz var. Əslində həmin şərtlərin ailə quracağım bir insanda olmasını istəmişdim. Evlənməklə bağlı qərar verəndə onun bu şərtlərə uyğun olub-olmadığını mütləq açıqlayacağam.
- Eşitmişik ki, Azərbaycanın televiziya kanallarının birində aparıcılıq etmək təklifi irəli sürmüsünüz...
- Ola bilər, niyə də olmasın. Ancaq təəssüf ki, bu gün üçün mən bu sualınıza qəti cavab verə bilməyəcəyəm. Mən dediyim kimi, Azərbaycanı Vətənim hesab edirəm və burada istənilən layihəni həyata keçirə bilərəm.
- O zaman burada birdəfəlik yaşayacağınız da istisna deyil.
- Yox, bunu qəti deyə bilərəm ki, burada birdəfəlik yaşamaq istəyim yoxdur. Ancaq layihələr həyata keçirə bilərəm. Ancaq birdəfəlik buraya köçmək haqqında düşünməmişəm.
- Türkiyə şou-biznesinə qoşulan azərbaycanlı müğənni Yeganə ilə əməkdaşlığı davam etdirəcəksiniz?
- Yeganə qısa müddətdə çox iş gördü. Mən onun hər iki albomu üçün iki mahnı yazdım. İfa tərzini bəyənirəm, ancaq yenə də deyirəm ki, muğama çatan heç bir musiqi yoxdur. Yeganə ilə əməkdaşlığımız davam edir. Artıq ona üçüncü mahnımı vermişəm. Bu mahnı da onun yeni albomunda yer alacaq. Bu mahnı “Dinləmədim sözünü” adlanır. Mən Yeganəni çox sevirəm və çox da gözəl oxuyur. Türkiyədə də onu çox sevənlər var. Ancaq mən özüm muğamı dinləyirəm.
- Bu səfərinizdə Bakını gəzmək istəyiniz varmı?
- Çox təəssüflər olsun ki, bu səfərimdə çox az gəzmək imkanım olacaq. Çünki səfər müddətim çox qısadır. Bu səfərimdə ancaq Bakını gəzəcəyəm. Bakının çox dəyişdiyini, inkişaf etdiyini görməmək mümkün deyil. Bakı dünyanın gözüdür, mənim də ürəyim. Elə məhz bu səbəbdən də Bakıdakı hər konsertim üçün çox həyəcan keçirirəm. Çünki buradakı tamaşaçılar mənim üçün çox önəmlidir. Yəqin ki, yaxın vaxtlarda yenidən Bakıya gələcəyəm...
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq