Bank Of Baku

Namiq Qaraçuxurlunun konsertinin biletləri satışa çıxarılıb

Namiq Qaraçuxurlunun konsertinin biletləri satışa çıxarılıb
# 01 aprel 2009 12:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Aprelin 16-da Azərbaycanın meyxana ustası Namiq Qaraçuxurlu Heydər Əliyev Sarayında solo-konsert proqramı çıxış edəcək. Konsertin təşkilatçısı “Səs Organization”un direktor müavini Tahirə Allahverənzadə APA-ya deyib ki, artıq konsertin biletləri 40-100 manat arasında satışa çıxarılıb. İki saatdan artıq davam edəcək konsertdə meyxana ustası ilə birgə səhnəyə xalq artisti Aygün Kazımova da çıxacaq. N. Qaraçuxurlu A.Kazımova ilə birgə sevilən “Dözmədi qəlbim” və “Dedi-qodu” duetlərini tamaşaçılara ərməğan edəcək. Bununla yanaşı, konsert proqramında muğam ifaçısı Zabit Nəbizadənin, meyxana ustaları Ağamirzə, Mehman, Xəyyam, Oqtay, Ələkbərin də çıxışları nəzərdə tutulur. Namiq Qaraçuxurlu ilk dəfə olaraq solo konsert proqramında step meyxanalarını təqdim edəcək. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR