Bank Of Baku

Türkiyənin tanınmış müğənnisi Haluk Ləvənd sabah Bakıya gələcək

Türkiyənin tanınmış müğənnisi Haluk Ləvənd sabah Bakıya gələcək
# 02 aprel 2009 12:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış sənətçisi Haluk Ləvənd sabah Bakıya gələcək. Bu məlumatı APA-ya açıqlamasında “Səs Organization”un rəhbəri Nahid Emiloğlu deyib. O bildirib ki, sənətçinin ölkəmizə səfərinin məqsədi şəhərlə yaxından tanış olmaqdır: “Haluk Ləvəndin Bakıya gələcəyini bizə də bu gün bildiriblər. Bu səfər sırf Bakı ilə tanışlıq məqsədi daşıyır. Sənətçi üç gün müddətində paytaxtda qalacaq və onu şəhərimizin ən görməli yerlərinə aparacağıq”. N. Emioğlunun bildirdiyinə görə, səfər çərçivəsində sənətçinin yaxın vaxtlarda Bakıda konsertinin təşkil olunması ilə də bağlı danışıqlar aparılacaq: “Haluk Leventlə bir neçə layihə həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda türkiyəli müğənni ilə yerli sənətçilərimiz arasında da işbirliyi istisna deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR