Bank Of Baku

Aprelin 3-dən “Cto, Qde, Koqda” oyunlarının bahar sessiyasına start veriləcək

Aprelin 3-dən “Cto, Qde, Koqda” oyunlarının bahar sessiyasına start veriləcək
# 02 aprel 2009 13:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Aprelin 3-dən etibarən “AtaHoldinq” ASC-nin baş sponsorluğu ilə “Cto, Qde, Koqda” oyunlarının bahar sessiyasına start veriləcək. “AtaHoldinq” ASC-dən APA-ya daxil olan məlumatda bildirilib ki, bahar sessiyasında Tahir Musayev, Anar Nəcəfli və Cəlal Orucovun komandaları rus dilində, Teymur Seymurovun komandası Azərbaycan dilində oynayacaq. Bahar sessiyasında “AtaHoldinq” ASC, “AtaSığorta” və “AtaBank” ASC tərəfindən bilicilərə və teletamaşaçılara pul ödənişləri və sığorta paketləri təqdim olunacaq. Oyunlarda “AtaBank” ASC tərəfindən tamaşaçılara təqdim olunan pul mükafatlarının ödənişlərində yeniliklər olacaq. 2009-cu ilin bahar sessiyasında qalib gəlmiş teletamaşaçıların ödəniş sistemi əvvəlki illərdən fərqli olaraq yeni sistemlə veriləcək. Yeni sistemə əsasən birinci qalib gəlmiş teletamaşaçıya 100 AZN, ikinci qalib gəlmiş teletamaşaçıya 200 AZN və hər növbəti sualda qalib gəlmiş teletamaşaçılara əvvəlki ödənilmiş məbləğin üzərinə 100 AZN əlavə edilməklə kart təqdim olunacaq. Məlumatda qeyd olunub ki, bu sistem Moskva şəhərində keçirilən “Cto, Qde, Koqda” oyunlarında da tamaşaçılara eyni sistemlə pul ödənişi edilir. 2009-cu ilin bahar sessiyasında “AtaSığorta” ASC də teletamaşaçıları yeni sistemlə sığortalayacaq. Yeni sistemə əsasən oyunlarda hər beşinci iştirak edən teletamaşaçı 155 AZN məbləğində sığortalanacaq. Oyunda teletamaşaçıların xeyrinə xal gətirən sualın müəllifi 155 AZN məbləğində pul mükafatı qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR