Müğənni İradə İbrahimovanın toyu olub - FOTOSESSİYA - VİDEO
Səbəbkarlar üzüklərini dəyişdikdən sonra qonaqları salamlayıblar. İ. İbrahimova toy üçün yaranmış xüsusi ssenaridən kənara çıxaraq, Brilyant Dadaşovanın repertuarından “Səninəm” mahnısını bəy üçün oxuyub və onlar birgə ilk rəqslərini ediblər. Toyda millət vəkili Səməd Seyidov həyat yoldaşı ilə, Anar Məmmədxanov, Faiq Sücəddinov, Baba Vəziroğlu, Zülfiyyə Xanbabayeva, Arif Babayev, Tünzalə Ağayeva, Vüqar Camalzadə, Nailə Mirməmmədli, Faiq Ağayev, Elnarə, Manana və Georgi, Murad Dadaşov, Sevda və Elmira Ələkbərzadələr, Ülviyyə Könül və digər şəxslər iştirak ediblər.
Bəzi qonaqlar gül çələngləri ilə gəliblər. Ümumilikdə mərasimə 600 nəfərin dəvət edildiyi bildirilir. Bəzi qonaqlar restoranın şəhərdən bir qədər kənarda olması səbəbindən mərasimə gecikiblər. Toyda İ. İbrahimovanın atası və anası iştirak edir. Bəyin atası səhhətində problemlər olması səbəbindən toyda olmasa da, mərasimdə iştirak edən anası Zafer xanım qonaqları salamlayıb, yeni evlənənlərə xeyir-dua verərək, onlara xoşbəxtlik arzulayıb. Toyda Türkiyədən də qonaqlar iştirak edib. “Azəri qızı” Günel də qardaşı Tunarla birgə mərasimə qatılıb.
Bəylə gəlin bütün qonaqlarla ayrı-ayılıqda görüşüb, onları rəqsə dəvət edib. F. Sücəddinov pianoda musiqi ifa edib. Gəlini mələyə bənzədən T. Ağayeva onun şərəfinə “Sarı gəlin” mahnısını ifa edib. Bunun ardınca isə o, Türkiyədən gəlmiş qonaqların şərəfinə türk mahnısı oxuyub. Həm oğlan evi, həm qız evi, həm də bəylə gəlin T. Ağayeva ilə birlikdə həmin mahnısı ifa ediblər.
Aşıq Zülfiyyə toyda İradənin arzusu ilə aşıq havaları çalıb. “Natiq” Ritm Qrupu “Sarı gəlin” kompozisiyasını ifa edib. Toydan çox konsert proqramını xatırladan mərasimdə gəlinin çox şən olduğu diqqət çəkib. “Azəri qızı” Günelin “Adı yok”, “Azərbaycan-Türkiyə” və “Qaragöz” mahnılarını ifa etməsi ilə məclis daha da qızışıb. Gəlin həyat yoldaşı ilə birgə “Cütçü” rəqsini oynayıb. Bəy Azərbaycan rəqslərini oynaya bilməsə də, buna cəhd edib. Toy mərasimində yaddaqalan məqamlardan biri də bəyin oğurlanması olub. İ. İbrahimova 15 dəqiqə ərzində həyat yoldaşını axtarıb. Bəyi oğurlayan rəqqaslar isə gəlinin atasından şirinlik aldıqdan sonra Ceyhun bəyi qaytarıblar. Mərasimdə gəlin və bəy onlar üçün xüsusi hazırlanmış tortu da bərabər kəsərək, adət-ənənə üzrə bir-birini yedizdiriblər. Toy mərasimi gecə yarısına kimi davam edib.
Qeyd edək ki, İ. İbrahimova ilə Ceyhun İzzət 2001-ci ildə tanış olub. Ötən il isə İ. İbrahimova ailəsi ilə birgə İstanbulda olarkən C. İzzət müğənniyə ailə qurmağı təklifi edib və ona üzük verib. İ. İbrahimova da onun bu təklifini qəbul edib.
Onu da əlavə edək ki, oğlan toyu aprelin 19-da İstanbulda keçiriləcək.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq