Bank Of Baku

Moskvada keçiriləcək “Eurovision” yarışmasının səhnə hazırlıqlarına Londondan mütəxəssislər cəlb olunub - FOTO

Moskvada keçiriləcək “Eurovision” yarışmasının səhnə hazırlıqlarına Londondan mütəxəssislər cəlb olunub - <font color=red>FOTO</font>
# 06 aprel 2009 13:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Eurovision-2009” mahnı yarışmasının səhnəsi üzərində ciddi hazırlıq işləri gedir. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, səhnənin hazırlığına Moskva və London mütəxəssisləri cəlb olunub. Səhnənin işıqları Londonda hazırlanır. Eyni zamanda hazırda müsabiqənin keçiriləcəyi “Olimpiyskiy” İdman Kompleksində Londondan gələn qrafik dizayner Con Kasey (John Casey) bütün ölkə təmsilçiləri üçün səhnə dizaynı hazırlayır. Yaxın günlərdə müsabiqədə lazım olan bütün avadanlıqlar-işıq, səs, səhnə elementləri böyük yük maşınları ilə Moskvaya gətiriləcək. Səhnədə quraşdırılan konstruksiya 4 kilometrlik dəmirdən ibarətdir. Məlumata görə, səhnənin müsabiqədən bir neçə gün əvvəl hazır olması üçün mütəxəssislər gecə və gündüz hazırlıq işləri ilə məşğuldurlar. Qeyd edək ki, “Eurovision 2009” mahnı müsabiqəsinin iki yarımfinalı mayın 12-si və mayın 14-də, bir final mərhələsi mayın 16-da keçiriləcək. 54-cü dəfə keçiriləcək “Eurovision” müsabiqəsində bu il 42 ölkə iştirak edəcək. Müsabiqənin ikinci yarımfinalında 12 nömrə altında çıxış edəcək Azərbaycan təmsilçiləri Aysel Teymurzadə və Araş isə hazırlanan səhnədə “Always” mahnısını duet şəklində ifa edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR