Bank Of Baku

Azərbaycanın “Eurovision” təmsilçilərinin yarışmanın rəsmi saytında müsahibələri dərc olunub

Azərbaycanın “Eurovision” təmsilçilərinin yarışmanın rəsmi saytında müsahibələri dərc olunub
# 08 aprel 2009 13:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” musiqi yarışmasında Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə və Araşın müsabiqənin rəsmi internet saytında eksklüziv müsahibələri dərc edilib. APA-nın məlumatına görə, Azərbaycan təmsilçiləri müsahibələrində bir çox məqamlara toxunublar. Aysel və Araş “münsiflər heyətinin simpatiyasını necə qazanmaq olar” sualına da cavab veriblər. Araşın fikrincə, münsiflər heyətinin simpatiyasını qazanmaq üçün səhnədə hər bir iştirakçı özünü olduğu kimi aparmalıdır: “Deyirlər Kİ, bu, çox asandır. Əgər siz səhnədə özünüzü olduğunuz kimi aparsanız və səhnədə çıxışınızdan, ifanızdan kef alsanız, bu heç də çətin bir şey deyil. Eyni zamanda ifa zamanı tamaşaçılara öz məhəbbətinizi göstərsəniz, münsiflər heyətinin simpatiyasını çox tez qazana bilərsiniz. Bütün bunları etdikdə siz münsiflər heyətinin mütləq və mütləq xoşuna gələcəksiniz. Biz də özümüzü səhnədə belə aparmağa çalışırıq”. A. Teymurzadə isə onlara ünvanlanan “Siz bu müsabiqədə qalib olacaqsınızmı” sualına “bəli” cavabını verib. Müsahibələrində həm Aysel, həm də Araş “Eurovision-2009”-un səhnəsində möhtəşəm şou nümayiş etdirəcəklərinə söz veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR