Bank Of Baku

Ajda Pekkanın Bakı konserti təxirə salınıb

Ajda Pekkanın Bakı konserti təxirə salınıb
# 09 aprel 2009 11:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyəli müğənni Ajda Pekkanın Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konserti təxirə salınıb. Konsertin təşkilatçısı “Səs Organization”un mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konsertin təxirə salınmasına səbəb türkiyəli müğənninin əvvəlcədən nəzərdə tutulmamış, təxirə salınması mümkün olmayan işlərinin çıxması olub.

Mətbuat xidmətindən bildirilib ki, A. Pekkanın konsertinə satılmış biletlər geri qaytarılacaq.

Qeyd edək ki, türkiyəli müğənninin Bakıdakı konsertinin aprelin 18-də keçirilməsi nəzərdə tutulurdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR