Bank Of Baku

Məhkəmə Flora Kərimovanın İlhamə Quliyeva və Faiq Ağayevə qarşı iddiasını icraata götürməyib

Məhkəmə Flora Kərimovanın İlhamə Quliyeva və Faiq Ağayevə qarşı iddiasını icraata götürməyib
# 09 aprel 2009 15:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Yasamal rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə xalq Artisti Flora Kərimovanın xalq artistləri Faiq Ağayev və İlhamə Quliyevaya qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə ilkin iclas keçirilib. APA-nın məlumatına görə, iclasdan sonra Faiq Ağayevin mətbuat xidməti və vəkili Kamil Məmmədov mətbuata bəyanat göndərərək, F. Kərimovanın şikayətinin qəbul edilməsindən imtina edildiyini bildiriblər.

Qeyd edək ki, F. Kərimova iddia ərizəsində Azərbaycan Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanması və cavabdeh tərəfin məsuliyyətə cəlb olunmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR