Brilliant Dadaşova: “Hər zaman maddi cəhətdən əziyyət çəkmişəm”– MÜSAHİBƏ - FOTOSESSİYA
- Türkiyədə işıq üzü görən albomunuz üçün sarı saçlarla yeni fotosessiya hazırladığınızı eşitmişik. Belə bir qərar verməyiniz yəqin ki, səbəbsiz deyil.
- Sonuncu albomumun hazırlanması iki il davam edib. Bu çox böyük işdir. Albomu hazırlayan şirkət mənim albomu tanıtmaq məqsədilə verilişlərə dəvətimi təşkil etməyə başladı. Məlum olduğu kimi albomum çıxandan sonra mən saçlarımın rəngini dəyişmişdim. Əks təqdirdə gərək iki il öncə disk hazırlanarkən fotosessiya hazırlatdığımı saç düzümündə və rəngini qalaydım. Yəni iki il saçlarımın rəngini dəyişməzdim. Mən isə səhnədə olan insan kimi dəyişməyi sevirəm. Mən gözləyə bilməzdim ki, disklərim satışa çıxana qədər saçlarımın rəngini dəyişməyim. Ona görə də indi məcburən diskin tanıtımı məqsədilə yeni fotosessiya etməli oldum. Çünki disklər satıldıqca hər dəfə yeni tiraj buraxılır. Və yeni tirajlarda yeni fotosessiya olacaq. Ümumiyyətlə, mənim üçün bu, əsas deyil.
- Ancaq hər zaman Sizi yeni imicdə, yeni saç düzümündə görürük...
- Məsələ ondadır ki, bu diskdə mən əsas gücümü mahnılara vermişəm. Amma təbii ki, səhnədə olan müğənni kimi mənim necə göründüyüm əhəmiyyətlidir. Yuxarıda qeyd etmişdim ki, mən həmişə əhval-ruhiyyəmə, təbiətə, hətta mövsümə uyğun olaraq görkəmimi dəyişirəm. Və ona görə də, bu yeni fotosessiya məsələsi gündəmə gəldi. Bilirsiniz, səhnədə hər şey bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Həm sənət olmalıdır, həm də yaxşı zövq. Bunlar bir-birini tamamlamalıdır. Onu da deyim ki, bütün bu işləri özüm görməli oluram.
- Məgər, işinizdə Sizə kömək edən heç kimsə yoxdur?
- Əslində Türkiyədə mənim işlərim bir az asanlaşdı. Asanlaşdı ona görə ki, heç olmasa şirkət iki klipimi çəkdi, diskin üz qabağını hazırladı. Ancaq mahnıların aranjemanlarında şəxsən özüm iştirak edirdim, çünki aranjemanların yüksək səviyyədə olmasının istəyirdim. Azərbaycanda isə belə işlə məşğul olan şirkət yoxdur.
- Son vaxtlar, elə indi də Sizin çox aqressiv olduğunuz gözlərdən yayınmır. Bunun səbəbi nədir?
- Deməzdim ki, son vaxtlar və hətta indi belə aqressivəm. Mən həmişə olduğum kimiyəm. Bu mənim təbiətimdir, sevinəndə gülürəm, xoşuma gəlməyən məqamlar olanda hirslənirəm. Bəzən ağlayıram. Niyyətimi gizləmirəm, fikirləşdiyimi dilimə gətirərəm. Başqa cür ola bilmirəm. Sizi görüb ovqatımı dəyişə bilmirəm. Məsələn bu gün kefim o qədər də yoxdur. Bəlkə ona görə də sizə aqressiv görünürəm. Mən mahnılarımı ifa edərkən obraza daxil olmağı bacarıram, çünki həmin an həmin sözlərin təsiri altında oluram. Ancaq həyatda obraza girə bilmirəm. Çünki həyatda olduğum kimiyəm. Albomum çıxandan sonra Türkiyəyə daha tez-tez gedirəm. Orada mənə deyəndə ki, sən azərbaycanlılara bənzəmirsən, çox əsəbiləşirəm. Sən mənim burada aqressiv olduğumu deyirsən, ancaq mən orada daha çox aqressivəm. Çəkilişdən əvvəl elə cavab verirəm ki, onlar canlı efirdə bu sualı vermirlər. Onları sorğu-suala tuturam ki, bununla nə demək istəyirsiniz? Onlar deyirlər ki, səhnədəki azərbaycanlı müğənnilər ağır çəkilidirlər, siz isə onlara bənzəmirsiniz.
- Özünüzü eyni çəkidə saxlamağın sirlərini açıqlaya bilərsinizmi?
- Hamı bilir ki, mən neçə illərdir hər gün idmanla məşğul oluram. Burada genetikanın çox böyük əhəmiyyəti var. Mən heç bir yerimi sonradan düzəltməmişəm. Əvvəldən necə olmuşamsa, indi də eləyəm. Düzdür ana olandan sonra beş ilə yaxın ətli qalmışam. Sonra özümü arıqlatdım. Mən özümü heç vaxt gözəl hesab etməmişəm. Düzdür, gözəl olmağa çalışıram. Əlbəttə ki, gözəl olmaq istəyirəm. İstəyirəm bütün tamaşaçıların zövqünü oxşayım.
- Bir müddət əvvəl səhnə fəaliyyətinizə ara vermişdiniz...
- Axı səhnə bir idarə deyil ki, çıxıb gedəsən, sonra da ora qayıdasan. Səhnə fəaliyyətinə sadəcə ara vermək olar. Mənim də belə bir qərar verməyim səbəbsiz deyildi. Çünki həmin müddət konsertlərin səviyyəsindən, oradakı atmosferdən xoşum gəlmirdi, ona görə də çəkilmişdim kənara. Düşünürdüm ki, əgər mən istədiyim kimi olmursa, o zaman istəmədiyim kimi də olmasın. Heç yerə getmirdim. Məsələn televiziya verilişlərinin bir neçəsi xoşuma gəlmir, birinə getsəm, digərləri inciyəcək məndən, ona görə də heç birinə getmirdim. Mədəniyyət aləmimizdə çox pis bir atmosfer yaranmışdı. Ona görə də Mədəniyyət Nazirliyinin təşkil etdiyi konsertlərə də getmirdim. Onu da deyim bu səpkili suallara mən çox cavab vermişəm. Elə sizin agentliyin də vaxtilə buna bənzər suallarını daha geniş cavablandırmışam.
- Türkiyə şou-biznesində Sizə simpatiyası və antipatiyası olan həmkarlarınız varmı?
- Antipatiyası olanları bilmirəm. Ancaq bilirsiniz ki, Ajda Pekanın bağ evində qonaq olmuşam, eyni zamanda o məni bir neçə dəfə balıq yeməyə dəvət edib. Orada olanda məni mütləq evlərinə dəvət edirlər, pianoda çalıb-oxuyuruq, həmin ifanı yazırlar. Mən görürəm ki, onlar Azərbaycan sənətçisi olaraq məni qeyri-adi qarşılayırlar. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Mətin Şəntürk, Mətin və Eda Özülkü də məni evlərinə, studiyalarına dəvət ediblər. Şükriyyə ilə birgə proqrama çıxdıq və o məndən ona müəllimlik eləməyimi xahiş etdi.
- Ancaq Sizi Türkiyə televiziyalarında daha tez-tez görürük.
- Çünki orada diskimi tanıtmalıyam. Siz tanıyırsınız, orada da disklərimi tanıtmalıyam. Türkiyədə on proqramdan birinə getməyə razılıq verirəm. Burada da mətbəx proqramlarını xoşlamıram, neçə dəfə çağırıblar getməmişəm. Baxmayaraq ki, çox reytinqli proqramlardır.
- Yaxın zamanlarda Azərbaycanda və ya Türkiyədə konsert vermək planınız yoxdur ki?
- Hələlik beə bir şey planıma daxil deyil. Mən Brilliant Dadaşova olaraq bu işə çox məsuliyyətlə yanaşıram.
- Türkiyədə yaradıcılıqdan əlavə bir biznes işi qurmamısınız?
- Yox, mən ümumiyyətlə nə Azərbaycanda, nə də Türkiyədə heç bir biznes işi qurmamışam. Çox əfsuslar olsun ki bu zamana kimi qurmamışam və heç zaman da bizneslə məşğul olmamışam. Əslində mənim bizneslə məşğul olmağa heç vaxt pulum çatmaz. Biznes çox bahalı məşğuliyyətdir.
- Belə nəticəyə gəlmək olar ki, dünyada gedən iqtisadi böhran Sizə də təsirsiz ötüşməyib...
- Maliyyənin mənə heç təsir etməyən vaxtı var idi ki? Elə bir vaxt olmayıb ki, mənə təsir etməsin. Hər zaman maddi cəhətdən əziyyət çəkmişəm.
- Türkiyədə hər hansısa bir televiziya verilişində proqram aparıcısı olmaq istəmirsiniz? Eşitmişik ki, Türkiyədə aparıcılıq və dizilərə çəkilmək təklifi almısınız.
- Alıb-almadığımı deməyəcəm. Hələ bilmirəm, ola bilər. Əslində burda da, orda da ola bilər.
- Türk Müzik Birliyi ilə hazırda işbirliyi davam edirmi?
- İşbirliyi deyəndə ki, sizin fikirləşdiyiniz kimi mən işləsəm o zaman gərək mən təşkilati işlərlə məşğul olum. Mənim heç başımı qaşımağa vaxtım yoxdur. Təşkilatı işlərlə dostumuz Cenk məşğul olur. Əslində onlar çox arzulayıblar ki, Azərbaycandakı təmsilçi mən olum, mən də razılaşdım.
- Ehtiyac olsa, plastik əməliyyata gedərsiniz?
- Ehtiyac olsa deyəndə ki, əlbəttə ki, ehtiyac olacaq. Vaxtım olsa, bu dəqiqə gedərəm. Bir ay heç bir verilişə çıxmayım, heç bir məclisə getməyim, o zaman əməliyyat etdirərəm. Gözlərimin çəkik olmasını xoşlayıram, burnumda sınıq var, onu düzəltdirərdim. Profilimdən məhz bu səbəbdən xoşum gəlmir.
- Sizi Türkiyənin TRT kanalında yayımlanan “Sən türkülərini söylə” yarışmasında tamaşaçı zalında gördük.
- Samir Piriyevə qulaq asmağa getmişdim. O mahnı ifa etdikdən sonra çıxıb getdim. Çox kövrəlmişdim, qəhərlənmişdim. Samirin oxumağı ilə fəxr etdim. Əgər o müsabiqədə oxumağı bacarmayan biri olsaydı, ayağımın altına milyon da töksəydilər, getməzdim. Bizim mədəniyyətimizi, musiqilərimizi rüsvay etməyə heç kimin haqqı yoxdur. Oxuya bilmirsə, qaxılsın otursun evində. Fonoqrama ilə evində oxusun, özü bilər. Getsin toylarda camaatı aldatsın, televiziyalarda tanış tapsın özünü tapşırtdırsın. Ancaq xaricə çıxıb sənin, mənim, bizim mədəniyyətimizi təmsil etməyə qürur duya biləcəyimiz adam lazımdır. Samir Piriyev orada türk mahnısını elə ifa etdi ki, bir türk müğənnisi o boğazları vura bilməzdi. Onların özündə bu mahnını bu səviyyədə oxuyan olmamışdı. Həmin verilişə çatmaq üçün maşını qırmızı işıqlarda sürürdüm. Elə orada dedim ki, “vay-vay, Samir sənin yolunda mən cərimə verəcəm”. Ancaq onun ifasından sonra artıq bunu fikirləşmədim.
- Bir müddət tez-tez pariklərdən istifadə edirdiniz. Buna səbəb nə idi?
- Hə, bir ara lap çox istifadə edirdim. Müxtəlif pariklərim var. Demək olar ki, dörd ilə yaxındır ki, istifadə etmirəm. Bir ara saçımın rəngini açanda yandırdım. Bir il qara saçla gəzdim ki, saçım bərpa olunsun. Xoşuma gələn parik olsa, bu gün də taxaram.
- Bu illər ərzində Siz yaşınızın neçə olduğunu açıqlamamsınız. Bununla bağlı suallardan qaçmısınız. Yaş kompleksiniz var?
- Ümumiyyətlə, kişili-qadınlı hamıda bir az yaş kompleksi var. Mənim 30 yaşım olanda çox ağlamışdım. Ağlayırdım və evdə deyirdim ki, artıq hər şey bitdi. Oğlumun beş yaşı olanda ağlayırdı ki, mən qocalacağam. Onu sakitləşdirə bilmirdim. Qocalmaqdan qorxmuram, oğlumu tez evləndirmək istəyirəm ki, nəvələrim olsun. Səhnənin öz qanunları var. Mən səhnədəyəm və həmişə yaxşı görünməyə çalışmalıyam. Ümumiyyətlə, qadından yaş soruşanları başa düşmürəm. Qadına göründüyü yaşı verərlər. Mən bunu qadınların nailiyyəti kimi qiymətləndirirəm.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq