Bank Of Baku

Emin Ağalarovun yeni albomu işıq üzü görəcək

Emin Ağalarovun yeni albomu işıq üzü görəcək
# 10 aprel 2009 10:37 (UTC +04:00)
Moskva. Ülkər Qasımova - APA. Mayın sonları, iyunun əvvəllərində “Crocus Group”un kommersiya direktoru Emin Ağalarovun yeni albomu işıq üzü görəcək. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, yeni alboma 10 müəllif mahnısı və 60-70-ci illərin hit mahnılarının kaver-versiyaları daxil edilib. Emin Ağalarov agentliyə açıqlamasında albomun çox maraqlı olacağını bildirib: “Hansısa bir sahə ilə maraqlanan istənilən adam öz yeni işini əvvəlkindən yaxşı eləməyə çalışır. Mənim musiqilərimi dinləyənlər çox xoş hisslər keçirəcəklər”. O, sayca dördüncü olan yeni albomuna Tom Cons və Elvis Preslinin mahnılarının da daxil edildiyini deyib. Qeyd edək ki, indiyə kimi Emin Ağalarovun “Still”, “Incredible” və “Obsession” adlı albomları işıq üzü görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR