Bank Of Baku

Bu gün Alla Puqaçovanın 60 yaşı tamam olur

Bu gün Alla Puqaçovanın 60 yaşı tamam olur
# 15 aprel 2009 10:02 (UTC +04:00)
Bakı-APA. Rusiyanın tanınmış müğənnisi, SSRİ-nin xalq artisti Alla Puqaçovanın 60 yaşı tamam olur. APA-nın məlumatına görə, Alla Puqaçova yubileyini “Lujniki” konsert zalının səhnəsində böyük şou-proqramla qeyd edəcək. Müğənninin 60 illiyi ərəfəsində “Gənc qvardiya” nəşriyyatı Aleksey Belyakovun yubilyara həsr olunmuş “Bioqrafiya davam edir” kitabını nəşr etdirib. Kitabda Alla Puqaçovanın həyat və yaradıcılığından maraqlı məqamlar yer alıb. Ötən həftə isə Alla Puqaçova Kreml Sarayında “Məhəbbət haqqında yuxular” adlı üç günlük musiqili mono-tamaşa ilə çıxış edib. Alla Puqaçova həmçinin Rusiya, Ukrayna, Belarus, Almaniya, ABŞ və başqa ölkələrin onlarla şəhərlərində “Apreldən aprelə” adlı vida konsertləri ilə çıxış etməyi planlaşdırır. Qeyd edək ki, Alla Borisovna Puqaçova 1949-cu il aprelin 15-də Moskvada anadan olub. 1965-ci ildə orta məktəbi bitirən Puqaçova Ümumittifaq radiosunun “Sabahınız xeyir” proqramı üçün “Pobot” mahnısını yazdırır. 1966-1967-ci illərdə “Yunost” radiostansiyasının təbliğat briqadasının tərkibində Tümenə ilk qastrol səfərinə çıxır. Yaradıcılığı dövründə minə yaxın qastrol səfərində olan Alla Puqaçova müxtəlif dövlət mükafatlarına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR