Bank Of Baku

Gürcüstan prezidentinin əmisi oğlu Mamuka Saakaşvili Bakıya gələcək

Gürcüstan prezidentinin əmisi oğlu Mamuka Saakaşvili Bakıya gələcək
# 15 aprel 2009 10:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Aprelin 24-də Bakıda “Alov kuboku” adı altında keçiriləcək Şən və Hazırcavablar Klubunun II beynəlxalq çempionatında iştirak etmək üçün Gürcüstanın dövlət başçısı Mixail Saakşvilinin əmisi oğlu Mamuka Saakaşvili Bakıya gələcək. Çempionat Gənclər və İdman Nazirliyi ilə “Comedy.az Production”un birgə təşəbbüsü ilə keçiriləcək. “Comedy.az Production”un mətbuat katibi Eldar Hüseynzadənin APA-ya verdiyi məlumata görə, çempionatda 30-a yaxın tanınmış sima qonaq qismində iştirak edəcək. Tədbirə Azərbaycanla yanaşı, Dağıstan, Gürcüstan, Qazaxıstan, Ukraynanın Şən və Hazırcavablar Klubları qatılacaq. Azərbaycanı bu çempionatda Bakı Musiqi Akademiyasının “Bakılı ekspromt” komandası təmsil edəcək. Bir gün davam edəcək çempionat Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutacaq. Aprelin 26-da Bakı Caz Mərkəzində isə çempionatda iştirak edən bütün komandaların iştirakı ilə xüsusi olaraq hazırlanmış “Kameron Diaz” şousu nümayiş olunacaq. Qeyd edək ki, ötən il keçirilən I çempionatın qalibləri Gürcüstanın “Dinamo Tiflis” və Qazaxıstanın “Ray çentr” komandaları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR