Bank Of Baku

Flora Kərimova ilə Faiq Ağayev bir-birlərindən üzr istəmək təklifini rədd ediblər

Flora Kərimova ilə Faiq Ağayev bir-birlərindən üzr istəmək təklifini rədd ediblər
# 16 aprel 2009 16:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Yasamal rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın xalq artisti Faiq Ağayevə qarşı şərəf və ləyaqətin müdafiəsi tələbi ilə qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Raqif Abbasovun sədrliyi ilə keçirilən iclasda hakim hər iki tərəfə barışığa gəlmələrini təklif edib. Tərəflər isə baş verənlərlə bağlı bir-birlərindən üzr istəməyin zəruriliyini vurğulayıblar.

Lakin həm F. Kərimova, həm də F. Ağayev bir-birilərindən üzr istəmək niyyətində olmadıqlarını bildiriblər.

Proses aprelin 22-də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR