Namiq Qaraçuxurlu sənətə gəlişinə görə iş adamı Telman İsmayılova təşəkkür edib – FOTOSESSİYA - VİDEO
Proqram üçün hazırlanan ssenaridə konsertin adına uyğun idi. Konsertdə hər üç meyxanadan bir səhnədə quraşdırılmış ekranda müxtəlif mövzulara həsr olunmuş rəvayətlər nümayiş olunub. N. Qaraçuxurlunun canlı ansamblın müşayiəti ilə oxuduğu bütün mahnılar tamaşaçıların alqışları ilə qarşılanıb. Namiq söz verdiyi kimi, muğamla meyxananı sintez edərək, “Qar yağacaq” mahnısını tar-kamanın müşayiəti ilə oxuyub. Daha sonra meyxana ustasının qardaşı oğlu səhnəyə çıxaraq, əmisinə, “Aygün hardadır” sualı ilə müraciət edib. Bundan sonra meyxanaçı duet ortağı, xalq artisti Aygün Kazımovanı səhnəyə dəvət edib. Populyar cütlük tamaşaçıların alqışları altında “Dedi-qodu” və “Dözmədi qəlbim” duetini oxuyublar. Aygün Kazımovanın səhnəyə çıxarkən N. Qaraçuxurlunun həyəcan keçirməsi tamaşaçıların da diqqətinə səbəb olub. Duet ortağını səhnədə görər-görməz meyxana ustası mahnının sözlərini unudaraq, bunu Aygün Kazımovanı görüb özünü itirməsi ilə əlaqələndirib. Tamaşaçıların N. Qaraçuxurluya çoxsaylı gül dəstələri təqdim etməsi A. Kazımovada belə bir fikir formalaşdırıb: “Bu gün Aygünün son anlarıdır, məni qoyub Namiqə gül dəstələri verirlər”. Bu ifadəsindən sonra isə xalq artisti sözünün zarafat olduğunu bildirib.
Həm duet, həm də çox böyük məhəbbət yaşayan cütlük elə sevgilərini səhnədə də nümayiş etdiriblər. Onlar hər iki dueti əl-ələ tutaraq ifa ediblər. A. Kazımova N. Qaraçuxurluya müraciət edərək “Bu gün bayram günüdür, çünki sənin ilk solo-konsertindir. Yəni bir insanda da bu qədər istedad cəmləşə bilər? Sənən halal olsun, Namiq” deyib. Namiqin öz qohumlarının gətirdiyi gül çələnglərini Aygün Kazımovaya təqdim etməsi xalq artistinin maraqlı mesajı ilə müşayiət olunub: “Baxın görürsünüz ki, Namiqin qohumları gül dəstələrini mənə verirlər. Sonra da deyirlər ki, Namiqin qohumları məni qəbul etmirlər”. Bəyaz, uzun gəlinlik paltarını xatırladan geyimlə səhnəyə çıxan Aygün Kazımova ilə qara kostyum geyinmiş Namiq Qaraçuxurlu səhnədə gəlin və bəyə bənzəyiblər. Daha sonra Namiq Qaraçuxurlu dünyasını dəyişən ustad meyxanaçıları anaraq, səhnəyə öz həmkarlarını dəvət edib, həmkarları Ağamirzə, Mehman, Xəyyam, Aydın Xırdalanlı ilə deyişib. Əməkdar artist, muğam ifaçısı Zabit Nəbizadə ilə Namiq Qaraçuxurulunun meyxana və muğamı sintez etmələri tamaşaçıların marağına səbəb olub. Konsertin sonunda isə meyxana ustası yeni yazdığı “Rəvayət” meyxanasını ifa edib. Konsertdən sonra jurnalistlərə müsahibə verməyi də unutmayan N.Qaraçuxurlu kosnertdən çox məmnun qaldığını vurğulayıb. Qeyd edək ki, “Səs Ornagizanion”un təşkilatçılığı ilə keçirilən konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq