Flora Kərimova: “Faiq Ağayev məhkəməyə də Nigarın elçiliyinə getdiyi kimi Quranla gəlmişdi” - MÜSAHİBƏ
- Sizin Faiq Ağayev və İlhamə Quliyeva barəsində xüsusi ittiham qaydasında verdiyiniz şikayətin taleyi necə oldu?
- Mən Yasamal rayon Məhkəməsinə Faiq Ağayev və İlhamə Quliyeva barəsində xüsusi ittiham qaydasında şikayət etmişdim. Lakin məhkəmənin hakimi Svetlana Əhmədova şikayətin icraatına qəbul edilməsindən imtina edib. Amma mən bunu absurd hesab edirəm. Hüquqşünaslar da bu qərar qəbul edilməsində heç bir fakta və qanuna söykənmədiyini bildirirlər.
- Hakimin şikayəti icraata qəbul etməməsinin səbəbi nədir?
- Mən Sizə hakimin qərarından bir hissəni oxuyuram. O, qərarında Cinayət Məcəlləsinin 302.1.4-cü və 302.1.6-cı maddələrinə istinad edib və belə hesab edib ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə, cinayət hadisəsi və barəsində ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığına görə mənim şikayətim qəbul edilə bilməz.
Amma bu qərarda absurd olan bir neçə məqam var. Əvvəla, hakim qərarında göstərir ki, “cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib”, digər tərəfdən isə öz qərarında yazır ki, “Xalq Parad” və digər verilişin nə vaxt televiziya ekranında yayımlanmasına dair sənəd məhkəməyə təqdim edilməyib. Onda mən soruşuram, əgər verilişin nə vaxt efirə getdiyi bəlli deyilsə, hakim şikayətin vaxtının keçdiyini haradan bilir?
İkincisi, hakimin qərarında göstərilir ki, “barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından” bu qərar qəbul edilib.
Üçüncüsü, əməldə cinayət əlamətləri yoxdursa, onda bu əməlin nə vaxt törədilməsinin nə əhəmiyyəti var ki?
Dördüncüsü, qərardan görünür ki, hörmətli hakim Svetlana Əhmədova heç mənim şikayətimi düz-əməlli oxumayıb və ya qərar başdansovdu qəbul edilib. Axı, mən şikayətimdə təkcə televerilişləri yox, həm də tarixi dəqiq göstərilməklə və ərizəyə əlavə edilməklə müxtəlif qəzetləri, jurnalları və saytları göstərmişəm. Həmçinin Azərbaycan Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarına istinad etmişəm. Televerilişlər haqqında isə, hələ hakim, işə hazırlıq mərhələsində, mənim təqdim etdiyim diskə inanmırdısa, özü ATV-nin rəhbərliyindən həmin verilişin video yazısını tələb edə bilərdi.
Beşincisi və ən əsası isə, “həyasız it”, “arsız”, “şərbaz”, “tüfeyli”, “evyıxan”, “satqın”, “mərdiməzar”, “saxta sənəd düzəldən”, “qeyri-qanuni nikaha girən”, “başqasının var-dövlətinə qanunsuz sahib olan”, “saxta sənədlə əmlak mənimsəyən”, “həyasız”, “xain ürəkli”, “mərd bir kişini gorbagor edən”, “meyid eksqumasiya etdirən”, “ərinin həyatını puç edən”, “bədayaq”, “başyeyən”, “satqınlıq edən”, “ondan gizlin valideylərinə elçi düşüb qızını təklif edən”, “qeyri-qanuni ev və zirzəmi əldə edən”, “böyük məbləğdə borc alan”, “xalqı qoyun adlandıran”, “oğurluq yolla Brilliant Dadaşovanın şəkillərini əldə edən”, “erməni tuluğundan çıxan”, “qəddarlığı ilə anasını son mənzilə salan”, “Fınış Floş”, “Lezbiyan”, “ikiüzlü və boşboğaz”, “yubkası millət içində çıxardılan namussuz qadın”, “öz sidiyini qazanlarda qaynadıb içən, klizma yolu ilə bədəninə daxil edən”, “şüursuz”, “imamlara oğraş deyən” və “qatil” sözləri nə vaxtdan dilimizdə təhqir və böhtan yox, tərif kimi işlənməyə başlayıb ???!!!
Çox-çox üzr istəyirəm, bu qərarı qəbul edən qadın hakimin özünə, mənim haqqımda yazılan bu 34 təhqiramiz sözdən yalnız ikisi: “Fınış” və “Lezbiyan” deyilsə, o bunları tərif kimi qəbul edərmi?
Bu sözlər təhqir və böhtan deyilsə, bəs onda Azərbaycan dilində təhqir sayılan sözlər hansıdır???
Daha hansı təhqiredici sözlər mənim ünvanıma deyilməlidir ki, ərizəm icraata qəbul edilsin?
Digər tərəfdən, Faiq Ağayev imamlara “oğraş” deməyim barədə mənə atdığı böhtanla həyatımı faktiki olaraq real təhlükə qarşısında qoyub. Hətta kəlmeyi-şəhadətini bilən hər bir müsəlmanı qəzetlər vasitəsi ilə mənim üstümə qaldırmağa çalışıb, bununla bağlı ayrı-ayrı saytlarda çağırışlar edib və məni daş-qalaq edilmək təhlükəsi ilə üz-üzə qoyub. O, müsahibələrində 60 milyon azərbaycanlını və bir neçə milyard müsəlmanı məni cəzalandırmağa çağırıb. Bundan artıq insanın həyatını necə təhlükədə qoymaq olar?
Bütün bu sadaladıqlarım göstərir ki, Yasamal rayon məhkəməsinin hakimi Svetlana Əhmədovanın həmin qərarı heç bir sağlam məntiqə sığmır və sadəcə olaraq, qanunsuzdur, ədalətsizdir və mən deyərdim ki, həm də ziyanlıdır. Çünki Faiq Ağayevin yazdığı məqalədə mənim haqqımda işlətdiyi sözlərə “təhqiredici söz” yox, “normal ifadələr” kimi vətəndaşlıq statusu qazandıran bu qərar milli əxlaqımıza, adət-ənənəmizə və milli ləyaqətimizə qəsddir.
Belə çıxır ki, bundan sonra hər bir kəs həmin ifadələri başqası haqqında çox asanlıqla səsləndirər və cəzasız qala bilər. Ancaq mən qəti əminəm ki, Azərbaycanda elə bir hakim ola bilməz ki, həmin ifadələrin özü, qızı, anası, bacısı və ya həyat yoldaşı haqqında işlədilməsinə razı olsun və bunu üstündən keçsin.
Mən də bütün bunları nəzərə alaraq və Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsaslanaraq, Svetlana Əhmədovanın çıxardığı qərarın ləğv edilməsi və şikayətimin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi üçün Apelyasiya Məhkəməsinə müraciət edəcəyəm.
- Flora xanım, ötən həftəki məhkəmə prosesi zamanı Faiq Ağayevin Sizdən özü və anası qarşısında üzr istəmək şərti qoyduğu deyilir...
- Adamda üz gərək, belə hallarda Cabir Novruzun yazdığı şeirdən bir misra yadıma düşür “Ey həyat, sən nə qəribəsən”... Həyatı qəribə edən qəribə insanlar və onların məntiqsiz addımları və iddiaları olur. Təssəvvür edin ki, Faiq Ağayev keçmiş həyat yoldaşı Nigarın elçiliyinə getidiyi kimi, məhkəməyə də Quranla gəlmişdi. Kimə və nəyi sübut edəcəyini heç özü də bilmir. Yeri gəlmişkən deyim ki, məndən xahiş edirdi ki, nə biz, nə bizim vəkillərimiz prosesin gedişini mediada səsləndirməsinlər və mətbuat nümayəndələrinin məhkəmə prosesində iştirakına icazə verməyim.
- Yəni, məhkəmənin qərarı olsa belə Siz üzr istməyəcəksiniz?
- Mən məhkəmələrdən hər şey gözləyirəm. Buna da ani sübut Yasamal rayon Məhkəməsinin hakimi Svetlana Əhmədovanın ilk baxışdan gülünc, ancaq dərinə varsan təhlükəli qərarıdır. Faiqin hədəfi Apelyasiya Məhkəməsində də bu qərarı təsdiqlətdirmək və bununla da prosesi uzatmaqdır. Çünki apelyasiyadan sonra Avropa Məhkəməsi gəlir. Mən sona qədər gedəcəyəm.
- Bütün bu məhkəmə prosesləri Sizin həyatınızda yenə bir sınaq deyilmi?
- Yox, mən artıq mübarizələrə alışqanam. O məhkəmələrin, təbii ki, mən hamısını nəzərdə tutmuram, növbəti sınaq prosesidir. Nə dərəcədə həqiqətin sözünə varıb, həqiqətə söykənən qərarlar çıxarmaq qabiliyyətini üzə çıxarır...
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq