Bank Of Baku

Türkiyədə yaşayan azərbaycanlı müğənni əməliyyat olunub - FOTO

Türkiyədə yaşayan azərbaycanlı müğənni əməliyyat olunub - <font color=red>FOTO</font>
# 23 aprel 2009 14:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyə şou-biznesinə qatılan azərbaycanlı müğənni Yeganə Mürsəlova əməliyyat olunub. Sənətçinin APA-ya verdiyi məlumata görə, əməliyyat Türkiyədə aparılıb. Hazırda Bakıda olan müğənni özünü yaxşı hiss etdiyini bildirib: “Bir az ağrılarım var. Bağırsaqlarımda əməliyyat aparılıb. Əməliyyat ərəfəsində 7 kiloqrama yaxın arıqlamışam. Əməliyyat ağır keçsə də, uğurlu alındı”.

Y. Mürsəlova əməliyyatdan sonra ölüm xəbərinin yayıldığını da deyib: “Türkiyədə bu söhbət yayılandan sonra hamı mənə zəng etməyə başladı, səsimi eşidəndən sonra rahatladılar. Azərbaycanda məni sevənlərə isə sizin vasitənizlə bildirirəm ki, hər şey yaxşıdır, özümü yaxşı hiss edirəm. Əməliyyatdan sonra Türkiyənin TRT kanalında verilişə qonaq dəvət olunmuşdum. Dəvəti qəbul edib getsəm də, verilişi yarımçıq tərk etməli oldum. Çünki verilişin yarısında yaram qanadı, ağ pencəyim qana bulandı”.

Müğənni bu günlərdə Türkiyədə yeni albomunun işıq üzü gördüyünü də deyib: “Yeni albomumda Sərdar Ortacın, Səlami Şahinin, Hülya Kayanın, Lider Şahinin mahnıları yer alıb. Albomum “Ayy bu başıma gələnlər” adlanır. Albomda Azərbaycanın xalq mahnısı da yer alıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR