Bank Of Baku

Bakıda şən və hazırcavablar klublarının II beynəlxalq çempionatı keçirilib

Bakıda şən və hazırcavablar klublarının II beynəlxalq çempionatı keçirilib
# 25 aprel 2009 10:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Aprelin 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Alov kuboku” adı altında şən və hazırcavablar klublarının II beynəlxalq çempionatı keçirilib. APA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi və “Comedy.az Production”un birgə təşəbbüsü ilə keçirilən çempionatda Azərbaycanla yanaşı, Gürcüstan və Qazaxıstanın şən və hazırcavablar klubları qatılıb. Azərbaycanı Bakı Musiqi Akademiyasının “Bakılı ekspromt” komandası təmsil edib. Açılış mərasimində ilk olaraq səhnəyə Anar Məmmədxanov və Xəlil Musayev çıxıblar, sonra hər üç komanda şərtlərə uyğun olaraq “Salamlama”, “Biatlon” və “Ev tapşırığı” şousu ilə çıxış edib. Çempionatda I yerə Qazaxıstanın Aktau şəhərinin yığma komandası, II yerə “Bakılı ekspromt” , III yerə isə Gürcüstanın “Dinamo” komandası layiq görülüb. Qaliblər Anar Məmmədxanovun sədrlik etdiyi münsiflər heyəti tərəfindən seçilib. Münsiflər heyətində Cavid İmamverdiyev, Murad Dadaşov, Vado Karovin, Xəlil Musayev və başqaları təmsil olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR