Bank Of Baku

Aysel Teymurzadə: “Doğum günümdə ən böyük arzum “Eurovision” müsabiqəsində qalib gəlməkdir”

Aysel Teymurzadə: “Doğum günümdə ən böyük arzum “Eurovision” müsabiqəsində qalib gəlməkdir”
# 25 aprel 2009 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Moskvada keçiriləcək “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadənin 20 yaşı tamam olur. A. Teymurzadə doğum günü münasibətilə APA-ya açıqlamasında yubileyini təyyarələrdə keçirdiyini deyib: “Bu gün 20 yaşım tamam oldu. Ən böyük arzum mayda keçiriləcək “Eurovision-2009” müsabiqəsində Azərbaycanı layiqincə təmsil etmək və qalib gəlməkdir. Ümidvaram ki, doğum günümdə Allaha etdiyim dualar yerdə qalmayacaq. Əslində qeyri-adi doğum günüdür və çox xoşbəxtəm. Çox az yaşıdlarım bu yaşda belə uğur qazanırlar. Fərqləndiyim üçün sevinirəm və valideynlərimə çox təşəkkür edirəm”.

Qeyd edək ki, hazırda İsveçdə olan Aysel Teymurzadə və Araş ciddi şəkildə “Eurovision-2009” müsabiqəsinə hazırlaşırlar. Onların müsabiqə üçün geyimləri də İsveçdə hazırlanır. Aysel və Araş Moskva səhnəsinə İsveç rəqqasları birgə çıxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR