Bank Of Baku

Moskvada “Eurovision-2009” müsabiqəsinin keçiriləcəyi ərazini 8500 nəfər mühafizə edəcək

Moskvada “Eurovision-2009” müsabiqəsinin keçiriləcəyi ərazini 8500 nəfər mühafizə edəcək
# 28 aprel 2009 11:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mayın 2-dən 17-nə kimi Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Eurovision-2009” müsabiqəsinin təhlükəsizliyini 8500-dən artıq milis və özəl mühafizə xidmətlərinin əməkdaşları təmin edəcək. APA-nın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, 42 ölkədən gəlmiş iştirakçıların çıxışlarını izləmək üçün hər gün “Manej” və “Olimpiyskiy” komplekslərinə müvafiq olaraq 5 və 20 min nəfər tamaşaçı qatılacaq. Hər gün onların təhlükəsizliyini qorumaq üçün Daxili İşlər Orqanlarının 5 mindən artıq əməkdaşı, Daxili Qoşunların hərbçiləri, həmçinin 3 minə yaxın özəl mühafizə müəssislərinin əməkdaşları cəlb olunacaq. Müsabiqənin iştirakçıları və qonaqların mayın 1-dən Moskvaya gələcəyi gözlənilir. Onların yerləşəcəyi 11 mehmanxana, eyni zamanda “Manej” və “Olimpiyskiy” konsert zalları fasiləsiz mühafizə olunacaq. İştirakçıların təhlükəsizliyini qorumaq məqsədi ilə partlayıcı qurğuları müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə ediləcək. Bütün obyektlər xüsusi hazırlanmış itlər tərəfindən yoxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR