Bank Of Baku

“Eurovision-2009” müsabiqəsi keçirildiyi müddətdə “Olimpiyskiy” konsert kompleksinin yaxınlığında spirtli içkilərin satışı qadağan olunacaq

“Eurovision-2009” müsabiqəsi keçirildiyi müddətdə “Olimpiyskiy” konsert kompleksinin yaxınlığında spirtli içkilərin satışı qadağan olunacaq
# 30 aprel 2009 13:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Rusiyanın paytaxtı Moskvada keçiriləcək 54-cü “Eurovision-2009” müsabiqəsini 2000-dən artıq Rusiya və xarici KİV nümayəndəsi işıqlandıracaq. APA-nın “RİA Novosti”yə istinadən yaydığı xəbərə görə, bu məlumatı Moskva meriyasının nümayəndəsi, Təşkilat Komitəsinin üzvü Valeriy Vinoqradov deyib. O, KİV nümayəndələri üçün müsabiqə müddətində iki mehmanxana ayrıldığını deyib. Müsabiqəni canlı izləmək üçün 6000 xarici vətəndaş Moskvaya gələcək. V. Vinoqradov onu da deyib ki, tədbirin hazırlanmasına Moskva büdcəsindən 200 milyon rubl ayrılıb. Bu vəsait iştirakçıların nəqliyyat təminatını və “Olimpiyskiy” konsert kompleksinin girişində müasir keçid sistemi quraşdırılıb. Bu sistem biletlərin elektron formada yoxlanılmasına yardım edəcək. V. Vinoqradovun sözlərinə görə, müsabiqədə iştirak edəcək qonaqlar 152 təyyarə reysi ilə gələcək. Bəzi qonaqlar isə dəmiryolu vasitəsi ilə gələcək. Müsabiqə iştirakçıları və xarici jurnalistlər 13 mehmanxanada yerləşdiriləcək. Avropa Yayım İttifaqının tələbi ilə həmin mehmanxanalarda qalmaq 150-350 avro arasındadır. Müsabiqənin üç iştirakçı ölkəsi Litva, Azərbaycan və Moldova paytaxt mehmanxanalarında yer sifarişindən imtina ediblər. Onlar öz səfirliklərində yerləşməyə üstünlük veriblər. “Eurovision-2009” müsabiqəsinə ən çox qonaq Almaniya və Fransadan gələcək. “Olimpiyskiy” konsert kompleksinin yaxın ərazisində spirtli içkilərin, o cümlədən pivənin satışı qadağan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR